Yolayrıcında qalan xanım sürücü avtomobillərin yolunu kəsdi VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bakıda xanım sürücünün qayda pozuntusu digər istiqamətdən gələn avtomobillərin hərəkətinə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 17-də, paytaxtın Hüseyn Cavid prospektilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, 99-ZS-661 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü yolayrıcında tıxacın olduğunu görsə də, kəsişmə yerinə daxil olub. Hərəkətsiz qaldığı üçün digər istiqamətə yaşıl işıq yanan zaman onların qarşısını kəsib. Nəticədə sürücülər hərəkətlərini davam etməkdə çətinlik çəkiblər.
"Yol hərəkəti haqqında" qanunun 75-ci maddəsində qeyd olunub ki, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına daxil olması qadağandır.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 26 Fevral 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















