Yolayrıcında qəzaya düşən avtomobil velosiped sürən uşağa çırpıldı VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Kocaeli vilayətinin Körfez rayonunda iki avtomobilin toqquşması nəticəsində baş verən yol qəzası azyaşlının xəsarət alması ilə nəticələnib.
Avtosfer.az xəbər verir ki, toqquşmanın təsirindən istiqaməti itirən avtomobil velosiped sürən uşağa çırpılıb. Hadisə anı digər avtomobilin kamerası tərəfindən saniyə-saniyə qeydə alınıb.
Qəza Körfez rayonunun Güney məhəlləsində, Sancak küçəsində baş verib. 34-HTF-103 dövlət nömrə nişanlı avtomobillə 41-K-4755 nömrəli nəqliyyat vasitəsi küçənin kəsişməsində toqquşub.
Uşaq qısa müddət avtomobillə yol kənarında park edilmiş başqa bir maşın arasında qalıb. Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub. İlk tibbi müdaxilədən sonra xəstəxanaya çatdırılan uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Hadisə anını əks etdirən görüntülərdə avtomobilin uşağa çırpılması və ətrafdakı vətəndaşların dərhal köməyə qaçması aydın görünür.
Faktla bağlı araşdırmalara başlanılıb.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 07 İyul 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















