Yolayrıcını birinci keçməyə çalışan sürücü 100 manatlıq qayda pozdu VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Xırdalan şəhərində yolayrıcının keçilməsi qaydasını pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, 01-CM-893 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü sola dönən zaman qarşıdan gələn avtomobilə yol verməyib. Nəticədə görüntünü qeydə alan sürücü tormoz verərək dayanmağa məcbur olub.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.
Fərid

Yolayrıcını keçmə qaydasına məhəl qoymayan sürücü qəzaya səbəb oldu VİDEO
20 Noyabr 2024 15:01
Yolayrıcını keçmə qaydasını pozan sürücü QƏZAYA SƏBƏB OLDU
18 İyul 2025 17:48
İki zolağın arasında girinc qalan sürücü sonda 100 manatlıq qayda pozdu VİDEO
27 Noyabr 2024 14:48
Sərhədi qanunsuz keçməyə çalışan azərbaycanlılar saxlanıldı
03 Sentyabr 2025 21:31
Yolayrıcını keçmə qaydasına məhəl qoymayan sürücü qəzaya səbəb oldu
20 Noyabr 2024 13:13

