Icma.az
close
up
RU
Yolda hər hansı bir çətinliklə qarşılaşan sürücülər əməkdaşlarımıza müraciət etməlidirlər DYP

Yolda hər hansı bir çətinliklə qarşılaşan sürücülər əməkdaşlarımıza müraciət etməlidirlər DYP

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Baş Dövlət Yol Polisi İdarəsi sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib. Bu barədə SİA-ya İdarədən məlumat verilib.

Bildirilib ki, son günlər ölkənin bir çox bölgələrində havanın kəskin şəkildə dəyişməsi nəticəsində yağışların intensiv olduğu ərazilərdə, xüsusən palçıqla örtülmüş və sürüşkən yollarda hərəkət etmək olduqca çətinləşib:

"Bu çətin şəraitdə yol hərəkətində təhlükəsizlik məsələləri xüsusilə önəm kəsb edir.

Sürücülərdən, xüsusilə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərdən xahiş olunur ki, yağışın intensiv olduğu ərazilərdə, xüsusən palçıqla örtülmüş və sürüşkən olan yollarda hərəkət etməzdən əvvəl yol şəraitini diqqətlə qiymətləndirsinlər. Palçıq və yağıntıların yaratdığı şəraitdə sürət həddini aşmamaq və ehtiyatla hərəkət etmək çox vacibdir. Bu cür vəziyyətlərdə nəqliyyat vasitələrinin idarə edilməsi çətinləşir və qəza riski artır.

Əlverişsiz hava şəraitində sürücülük təcrübəsi zəif olan şəxslərin yola çıxmamaları tövsiyə edilir".

DYP məlumatında qeyd edilir ki, yolda hər hansı bir çətinliklə qarşılaşıldıqda sürücülər dərhal yaxınlıqda olan yol patrul xidmətinin əməkdaşlarına müraciət etməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, hər bir sürücü hərəkət etməzdən əvvəl hava şəraitini və yol vəziyyətini dəqiqləşdirməli, yalnız təhlükəsiz şəraitdə yola çıxmalıdır. Hava şəraiti və yol vəziyyətindən asılı olaraq, sürücülər diqqətli və məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Bu, həm sürücünün, həm də sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri bir addımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Aprel 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri