Icma.az
close
up
RU
“Yoldaş Putin, Allah xətrinə, İstanbula get”: Müttəfiqi onu yola gətirməyə çalışır

“Yoldaş Putin, Allah xətrinə, İstanbula get”: Müttəfiqi onu yola gətirməyə çalışır

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Braziliya Prezidenti Luis İnasio Lula da Silva bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putini 15 mayda İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyə razı salmaq üçün onunla şəxsən danışmağa çalışacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə “Ouest-France” qəzeti Pekində keçirilən mətbuat konfransında Lula da Silvanın dediyi sözlərə istinadla məlumat yayıb.

“Putinlə danışmağa çalışacağam. Mənim üçün ona demək çətin deyil: “Ay yoldaş Putin, İstanbula get və Allah xətrinə danışıqlar apar”, – deyə braziliyalı lider bildirib.

Xatırladaq ki, Çin və Braziliya bundan əvvəl birgə bəyanat yayaraq, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə sülh danışıqlarına başlamaq təklifini alqışladıqlarını bildirmişdilər. Çin agentliyi “Sinxua” yazır ki, sənəddə hər iki ölkə birbaşa dialoqu münaqişəyə son qoymağın “yeganə yolu” adlandırıblar.

Ukrayna tərəfi daha əvvəl Braziliyaya müraciət edərək, Türkiyədəki danışıqlarda Kremlin rəhbəri Putinin şəxsən iştirak etməsi üçün Moskvaya təzyiq göstərməsini istəmişdi.

Xatırladaq ki, danışıqlar 15 mayda İstanbulda keçiriləcək. Ukrayna Prezidenti Volodimir Zelenski görüşdə iştirakını təsdiqləyib və əlavə edib ki, bu danışıqlar yalnız Putinin şəxsən iştirakı ilə mənalı olacaq.

Hazırda Kremlin Putinin danışıqlara qatılıb-qatılmayacağına dair rəsmi təsdiqi yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 May 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri