Icma.az
close
up
RU
“Yoldaşıma stent qoyulandan sonra ürəyi dayandı” Video

“Yoldaşıma stent qoyulandan sonra ürəyi dayandı” Video

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Appro Hospital”da ürəyinə stent qoyulan 56 yaşlı kişi vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə mərhum Cəmil Qafarovun həyat yoldaşı Zahirə Qafarova Xəzər TV-yə danışıb. 

Z.Qafarovanın iddiasına görə, ərinin ölümünə səbəb həkim məsuliyyətsizliyi olub:

“Yoldaşımın vəziyyəti yanvarın 15-də evdə qəflətən pisləşdi. Təcili tibbi yardım çağırdıq, onlar  müdaxilə etdikdən sonra yoldaşım qismən özünü yaxşı hiss etdi. Sonra yenidən pisləşdiyi üçün bizə yaxın olan “Appro Hospital”a apardıq. Həkimlər dedi ki, “xəstə gizli infarkt keçirib, sabah əməliyyata götürəcəyik”. Əməliyyat olundu, vəziyyəti yaxşılaşdı və palataya köçürüldü”.

Bu əməliyyatdan iki gün sonra kordioloq-cərrah Rafiq Xəlilov xəstəyə ikinci stentin qoyulması üçün təcili əməliyyatın lazım olduğunu deyib: “Əslində həkim mənə demişdi ki, birinci əməliyyatdan ancaq 4 ay sonra yenidən stent qoyula bilər. Stent qoyuldu, həkimlə görüşdük, hər şeyin qaydasında olduğunu bildirdi. Yoldaşım palataya yerləşdirildi. Bir müddət sonra başqa bir həkim məlumat verdi ki, “ürəyi dayanıb, ürək masajı edilir”. Bəlkə də ölmüşdü, bizə gec xəbər verdilər. Ən sonda dedilər ki, “başınız sağ olsun”.

Kardioloq-cərrah Rafiq Xəlilov bildirib ki, xəstə ürəyin kəskin koronar sindromu diaqnozu ilə xəstəxanaya yerləşdirilib: “Damarı açıb stent yerləşdirdik. Amma xəstənin ümumi vəziyyəti də ağır idi. Digər damarlarda 70-80 faiz darlıqlar var idi. Lakin iki gün sonra vəziyyəti yenə də pisləşdi. Ailə ilə razılaşdıq. Bildirdik ki, bizim qoyduğumuz stentin tutulma ehtimalı var. Buna görə də ikinci dəfə əməliyyata aldıq. Lakin bu dəfə bütün səylərimizə baxmayaraq xəstənin ürəyi dayandı”.

“Appro Hospital”dan isə cavab olaraq bildirilib ki, ölümün dəqiq səbəbləri məhkəmə tibbi ekpertiza tərəfindən araşdırılır.

Daha ətraflı videomaterialda: 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Yanvar 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri