Yoldaşlıq oyunları: İspaniyadan darmadağın, Almaniya və Niderlanddan geridönüş
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
İsveçrə və Almaniya futbol milliləri arasında yoldaşlıq oyunu keçirilib. Oyun İsveçrənin Bazel şəhərindəki “Sent Yakob-Park” stadionunda olub. Qonaq komanda 4:3 hesablı qələbəni qeyd edib.
İdman.Biz bildirir ki, ev sahibi komandanın hücumçusu Dan N'Doye matçın ilk qolunu 17-ci dəqiqədə vurub. Alman müdafiəçisi Conatan Ta 26-cı dəqiqədə hesabı bərabərləşdirib. İsveçrəli hücumçu Bril Embolo 41-ci dəqiqədə komandasını irəli çıxarsa da, Serj Qnabri artırılmış vaxtda cavab qolu vurub. 61-ci dəqiqədə alman yarımmüdafiəçi Florian Virtz ev sahibi komandanın qapısına üçüncü qolu vurub. İsveçrəli Joel Monteiro isə 79-cu dəqiqədə hesabı bərabərləşdirib. Altı dəqiqə sonra Florian Virtz ikinci qola imza ataraq komandasına 4:3 hesablı qələbə qazandırıb.
Niderland və Norveç arasında keçirilən yoldaşlıq oyunu da başa çatıb. Oyun Amsterdamdakı “Yohan Kroyf Arena”da keçirilib. Matç 2:1 hesabı ilə ev sahibi komandanın xeyrinə bitib.
Qonaqların hücumçusu Andreas Şelderup ilk hissənin ortalarında hesabı açıb. 35-ci dəqiqədə niderlandlı müdafiəçi Vircil van Deyk hesabı bərabərləşdirib. 51-ci dəqiqədə yarımmüdafiəçi Teyani Reynders qonaqları irəli çıxarıb.
İngiltərə və Uruqvay arasında keçirilən yoldaşlıq oyunu Londondakı “Uembli” stadionunda baş tutub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
İngiltərə millisinin müdafiəçisi Ben Uayt 81-ci dəqiqədə fərqlənib, uruqvaylı yarımmüdafiəçi Federiko Valverde isə 90+4-cü dəqiqədə hesabı bərabərləşdirib.
İspaniya və Serbiya arasında keçirilən yoldaşlıq oyunu “Estadio Céramica” (Vilyarreal, İspaniya) stadionunda baş tutub. Ev sahibi komanda 3:0 hesablı qələbəsini qeyd edib.
Ev sahibi komandanın hücumçusu Mikel Oyarsabal matçın ilk qolunu 16-cı dəqiqədə vurub. Hücumçu 44-cü dəqiqədə ikinci qolunu da vurub. Viktor Munyos 72-ci dəqiqədə fərqlənərək hesabı 3:0 edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:389
Bu xəbər 28 Mart 2026 02:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















