Yolka bir ailəni evsiz qoydu
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Rusiyanın Amur vilayətinin Albazino kəndində gecə vaxtı qoşulu vəziyyətdə qalan Yeni il ağacının işıqları evi yandırıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, yanğın xəbərdaredici siqnalın işə düşməsi sayəsində çoxuşaqlı ailə vaxtında evdən təxliyə olunmağa müvəffəq olub.
Qadın ərini oyadıb. Kişi üç uşağı evdən çıxarıb, daha sonra alovu özü söndürməyə cəhd edib, lakin bu zaman yanğın artıq bütün otağı əhatə edib. İlk olaraq yaşayış məntəqəsinin könüllü yanğınsöndürənləri hadisə yerinə gəlib, daha sonra peşəkar yanğınsöndürənlər cəlb olunub.
Yanğın nəticəsində iki mənzilli evin yaşayış hissəsi tamamilə yanıb. Xəsarət alan olmayıb.
Bu mövzuda digər xəbərlər:Yanğın daha bir ailəni evsiz qoydu
18 Aprel 2025 05:22
Balakəndə odun sobası bir ailəni evsiz qoydu
08 Dekabr 2024 23:40
Aeroportdakı yolka söküldü VİDEO
25 Dekabr 2024 12:46
Faciə! Yolka bəzəyərkən öldü
11 Dekabr 2024 03:04
Evində yolka quranlara xəbərdarlıq
10 Dekabr 2025 23:48
Baxış sayı:100
Bu xəbər 03 Yanvar 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















