Yollar buz bağlayacaq: Avtomobillərin təhlükəsizliyi üçün hansı tədbirlər görüləcək?
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bir neçə gündür ölkə ərazidində qeyri-sabit hava şəraiti müşahidə olunur. Bəzi ərazilərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağır.
Sinoptiklər bu havanın yaxın günlərdə də davam edəcəyini proqnozlaşdırırlar.
Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, fevralın 7-də havanın temperaturu gecə 0-4° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Bəs buz bağlamış yollarda avtomobillərin təhlükəsizliyi üçün hansı tədbirlər görüləcək?
Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, hər hansısa bir ərazidə yolun buzlaşması müşahidə olunarsa, əraziyə müvafiq olaraq texnika və əməkdaşlar cəlb olunacaq.
"Problemin aradan qaldırılması istiqamətində zəruri işlər mütləq şəkildə görüləcək", - deyə Anar Nəcəfli əlavə edib.
Nuriyyə Musayeva
Baxış sayı:94
Bu xəbər 06 Fevral 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















