Icma.az
close
up
RU
Yolların təmizlənməsinə nə qədər vəsait xərclənib? BŞİH rəqəmi hələ açıqlamır, çünki...

Yolların təmizlənməsinə nə qədər vəsait xərclənib? BŞİH rəqəmi hələ açıqlamır, çünki...

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir. 

Kəskin şaxta və güclü qar paytaxt sakinlərinin həyatını xeyli çətinləşdirib, bəzi halalrda isə tam iflic edib. Hava şəraiti ilə əlaqədar ən çox çətinliyin yaşandığı ərazilər Yeni Yasamal, Xocasən, Mehdiabad kimi ərazilər olub. Sosial şəbəkələrdə həmin ərazilərdə yolun buz bağlaması və nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranması ilə bağlı videogörüntülər yayılır. 

Hava şəraiti ilə əlaqədar aidiyyəti qurumlar gücləndirilmiş rejiminə keçdiklərini bəyan edir və əhaliyə ehtiyatlı olmağı tövsiyə edirlər. 

İctimai nəqliyyatın hərəkətinin saat 21.00-dan etibarn dayanması isə əlavə problemlər yaradıb və taksi qiymətləri demək olar ki, 3 dəfəyə qədər artıb.

Ancaq bu, taksi tapıldığı hallara aiddir. Əksər hallarda taksi sürücüləri sürüşkən, buzlu yollara girməkdən ehtiyatlanaraq sifarişi ləğv edirlər.

Ümumiyyətlə, bu il qışda yolları təmizləmək üçün nə qədər duz, qum alınıb və onun nə qədəri istifadə edilib?

Məsələ ilə bağlı “Cebheinfo.az”ın Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, artıq bir neçə ildir yollara qum yox, texniki duz səpilir: 

“Artıq bir neçə gündür ki, paytaxt Bakı şəhərində şaxtalı-qarlı hava şəraiti və intensiv qar yağması ilə əlaqədar Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, eyni zamanda qurumların kommunal xidmətləri gücləndirilmiş iş rejimində çalışırlar. Dünəndən etibarən intensiv yağan qarın təmizlənməsi ilə bağlı operativ tədbirlər həyata keçirilir. 

Bununla əlaqədar olaraq gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib və bu işlər gün ərzində davam etdirilir. 

Qardan təmizləmə işləri ətraf qəsəbələrdə də aparılır. Səhər saatlarından kommunal xidmətlərin əməkdaşları metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini həyata keçirillər”. 

BŞİH-dənv erilən məlumatda o da bildirilir ki, hələ qar yağdığına görə bu məqsədlə istifadə olunan vasitələrlə bağlı təqribi rəqəmlər hava şəraiti düzələndən sonra məlum olacaq.

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: xidmətlər tədbir

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Fevral 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri