Icma.az
close
up
RU
Yollarla bağlı ictimaiyyətin ürəyi doludur, problemlər o qədər ki...

Yollarla bağlı ictimaiyyətin ürəyi doludur, problemlər o qədər ki...

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır

Ekspert deyib ki, ictimai nəqliyyatla yanaşı insanları səki problemi də çox narahat edir 


Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə həm ölkə miqyaslı, həm də Bakı və Bakıətrafı qəsəbələrin yol-nəqliyyat problemlərinə toxunuldu. Və məlum oldu ki, Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat problemi cənab Prezidenti narahat edir. Prezident qeyd etdi ki, nəqliyyat infrastrukturunun inkişafı müzakirə edilməlidir, buna ehtiyac var: 

“Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülüb, böyük infrastruktur layihələri icra edilib, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır”. Prezident tıxacların təbii səbəblərini qeyd etdi: “Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir. Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq”.  Prezident bildirdi ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər verib və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb”. Müşavirədə diqqət çəkən məqamlardan biri də cənab Prezidentin ictimaiyyət nümayəndələrinin də dövlət qurumlarına təkliflərlə çıxış etmələrini tövsiyə etdi: “Ona görə mən bugünkü müşavirəni çağırmışam ki, bu məsələləri biz müzakirə edək və bizə təqdimat edilsin, ictimaiyyət də bilsin ki, nələr gözlənilir, hansı illərdə hansı işlər görülsün. Eyni zamanda, ictimaiyyət nümayəndələri də müvafiq dövlət orqanlarına - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə öz tövsiyələrini verə bilərlər. Bəlkə biz nəyi isə bu proqrama salmamışıq. Yəni yerlərdən də gələn təkliflər nəzərə alınacaqdır”.


Nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, cənab Prezident sözügedən müşavirədə çox mühüm problemə toxunub: 


- Cənab Prezident müşavirədəki çıxışı zamanı vurğuladı ki, Bakı şəhərinə və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı yeni dövlət proqramının qəbul edilməsi zəruridir. Həqiqətən də bu, çox böyük proqram olacaq və böyük maliyyə tutumlu proqram olacaq. Burada artıq bütün aidiyyəti qurumların birgə və səmərəli fəaliyyəti tələb olunur. Düşünürəm ki, qəbul ediləcək dövlət proqramı Bakı və Abşeron mobilliyi baxımından daha geniş ərazini əhatə edəcək. İndiyədək şəhər mobilliyinin artırılması, ictimai nəqliyyatda çoxnövlüyün tətbiqi, avtobus zolaqları, piyadaların sərbəst, rahat hərəkətinin təmini məqsədilə bir sıra işlər görülüb. 2023-cü ildən çəkindirici alət olan zona saatlıq parkinq sistemi işə salınıb. Bu çox önəmlidir, şəhərin ən bahalı resursu qeyri-səmərəli istifadə olunurdu və çəkindirici alətdən yetərincə istifadə olunmurdu. Amma zona saatlıq parkinq sistemi işə düşdükdən sonra müəyyən qisim insanlar tərəfindən fərdi nəqliyyatla səfərlərin daha alternativ növlərlə əvəzlənməsinə səbəb oldu. Ötən il ərzində avtobus, velosiped zolağı şəbəkəsi salındı. 31 küçədə mobilliyin tranformasiyası proqramı çərçivəsində yeni reallığa uyğun şəbəkələşmiş avtobus zolaqları yaradıldı. Bu da eyni küçədə fərqli hərəkət üçün qısa zamanda şəraitin yaradılması idi. Bu şərait nəticəsində avtobuslarda orta sürət artdı, səfər edənlərin sayı artdı, həmçinin şəhərdə olmayan mikromobillik üçün şəbəkə yaradıldı. Yaradılan infrastruktur bu növə yönəlməyə səbəb oldu. Yəni eyni sərnişinlər artıq fərqli hərəkət növlərinə yönəldilər. Bu da ümumi küçə-yol şəbəkəmizdəki vəziyyətə müsbət təsir etdi. Amma əlbəttə, bununla işi bitmiş hesab etmək olmaz. Bəllidir ki, şəhərin onurğa sütunu relsli nəqliyyat hesab edilir. Bura daha çox sərnişin daşıya biləcək və daha uzun istismar müddəti olan nəqliyyat - metro, tramvay, şəhərətrafı elektrik qatarları daxildir. Bu yöndə də cari ilin əvvəlində ilkin məlumatlar verildi və dünənki iclasda da həmin  məqamlara toxunuldu. Çox güman ki, böyük bir proqram təsdiq olunacaq. İlkin verilən xəbərlərə görə, 5 ildə 10 yeni metrostansiya tikiləcək. Eyni zamanda metro və dəmiryolunun keçmədiyi ərazilərdə tramvay xəttinin çəkilməsi nəzərdə tutulub. Şəhərətrafı elektrik qatarında sərnişindaşımanı 4-5 dəfə artırmaq planlaşdırılır. Düşünürəm ki, bu yanaşmalar şəhər yollarındakı sıxlığın aradan qaldırılmasına müsbət təsir edəcək və ciddi bir alternativ formalaşdıracaq. Həmçinin düşünürəm ki, şəhərətrafı dairəvi yolun tikintisinə ehtiyac var. O məsələ də müşavirədə qeyd olunub. Bəzi yollar da tikiləcək, hansı ki, şəhərdaxili hərəkətə birbaşa təsir edəcək. Ən önəmlisi qısa məsafədə piyada səkilərinin abadlaşdırılmasıdır. Bakının daxilində məsafə o qədər də uzun deyil, Yeni Günəşlidən "28 May"a, "28 May"dan Yeni Yasamala, yaxud "28 May"dan Biləcəri istiqamətinə baxsaq, 10 kilometrlik radiusda olan küçə və prospektlərdən söhbət gedir. Amma bunların özlərinin boya-boy səkisi və qısa məsafədə keçidləri yoxdur. Eyni səviyyədə insanların küçənin bir tərəfindən digər tərəfinə keçməsi və hərəkəti üçün şərait yaradılmalıdır. İnsanlar özləri piyada, yaxud skuter, metro, avtobus, şəhərətrafı elektrik qatarı və tramvayla səfər edəcəklərini seçə bilsinlər. Bu gün görülən işlər doğrudur, amma bu sahəyə qoyulan investisiyaları artırmaq lazımdır. Çeşidli, üstünlüyü təmin olunmuş, maliyyə dayanıqlılığı təmin olunmuş ictimai nəqliyyatdan söhbət gedir, bunun üçün də daşıyıcılarla biznes model dəyişməlidir, brutto müqavilələrə keçid olunmalıdır ki, daşıyıcılar dayanıqlı fəaliyyət göstərə, kredit cəlb edə, avtoparkını daha sürətli dəyişə, ən önəmlisi isə daha peşəkar sürücüləri işlədə bilsinlər. Müəyyən sosial qruplar – tələbələr, təqaüdçülər, fiziki məhdudiyyətli şəxslər güzəştli gediş haqqından istifadə edə bilsin. 

İctimaiyyətdən gələcək təkliflərə toxunan ekspert ictimai nəqliyyatla yanaşı, insanları səki probleminin də çox narahat etdiyini dedi: 

- Qısa məsafədə məhz piyada hərəkətini stimullaşdırmaq üçün piyada səkilərinin üzərində olan baryerlər aradan qaldırılmalıdır. Eyni zamanda standartlarda müasir yanaşmaları, müasir tələbləri qoymaq lazımdır. Küçə tikiləndə çox funksional küçənin piyada səkisi necə olmalıdır, hansı standartlara cavab verməlidir və eni nə qədər olmalıdırsa, bu dəyişikliklər vaxtında müəyyən edilməlidir. Təəssüflər olsun ki, bizdə vəziyyət yaxşı deyil. Digər məsələ piyada səkilərinin nəqliyyat vasitələri tərəfindən zəbt edilməsidir, bunun qarşısı alınmalıdır. Dünyada belə bir təcrübə var ki, dayanacaq və parkinq yerlərinin ayrılması üçün anticiblər qoyulur. Anticiblər dayanacağın başlanğıc və bitiş nöqtəsini müəyyən edir. Bunlar bir-birinə mane olmadan təşkil olunur. Belə olduğu halda həm piyadalar və dayanacaqda gözləyən sərnişinlər üçün təhlükəsizlik təmin edilmiş olur, həmçinin də avtobus da rahat yan ala bilir. Digər praktika avtobus dayanacaqlarının yerləşdiyi yerlərdə kassel bardyurlarının qoyulmasıdır. Bu da inklüzivlik standartlarına maksimum riayət etmək üçün çox gözəl bir həlldir. Səkilərdə köşklərin yanına bir çox hallarda soyuducular qoyulur, bu da piyadaların rahat hərəkətinə mane olur. Səkini zəbt edən piştaxtalar da tez aradan qaldırıla bilər. Digər məsələlər də qanunamüvafiq şəkildə həllini tapmalıdır. Cəmiyyət olaraq biz hamımız bu məsələləri birinci sosial media və fərqli platformalarda işıqlandırmalıyıq. Eyni zamanda bunu rəsmi dövlət qurumlarına rəsmi yazmaqla da məlumatlandırıb tələb edə bilərik. Həmçinin vətəndaşlar yaşadıqları ərazidə qarşılaşdıqları nəqliyyat problemləri ilə bağlı aidiyyətli qurumlara müraciət etsələr, məsələlər həllini daha tez tapar. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Yanvar 2025 00:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see226

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see224

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see224

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see224

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see217

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see212

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see207

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see189

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see186

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see185

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see182

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see174

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see171

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see171

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see170

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see168

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see167

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see166

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see165

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri