Icma.az
close
up
RU
Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar Ekspert

Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar Ekspert

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Son illər R42 Biləsuvar-Bəhrəmtəpə yolunun adı ağır yol-nəqliyyat hadisələri ilə bağlı tez-tez eşidilir. Ən son hadisə dünən baş verib. "Mercedes"i aşıran sürücü ağır xəsarət alıb, sərnişini isə dünyasını dəyişib".

Avtosfer.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, bu yol respublika əhəmiyyətli ən yaxşı yollarımızdan biridir:

"Vətən müharibəsindən bir neçə ay əvvəl bərpa edilib. II texniki dərəcəli yolun texniki göstəriciləri də qaydasındadır. Standarta uyğun endə zolaqlar, rahat və enli yol çiyinləri, nişanlar, xətlər və s. Vətən müharibəsi zamanı döyşən Ordumuzun logistik təminatında, Zəfərdən sonra isə Şərqi Zəngəzurun və Qarabağın Cənubunun bərpası işlərinin logistik təminatında bu yolun mühüm əhəmiyyəti var. Yol faktiki olaraq həm də beynəlxalq əhəmiyyətlidir. İrandan Gürcüstan istiqamətinə gedən və geri qayıdan xeyli yük avtomobilləri bu yoldan istifadə edir. Biləsuvar-Bəhrəmtəpə yolunu belə rahat görən sürücülərin əksəriyyəti çıxırlar qaz pedalının üstünə. Həmin yol isə qarşılıqlı hərəkət olan  2 zolaqdan ibarətdir. Yolun kənarında kəndlər, fermalar, əkin sahələri var. Yolun döngələri də çoxdur. Bir neçə kəndin ortasından keçir və s. Orada sürət həddi yaşayış məntəqələrində 60 km/saat,  yaşayış məntəqələrindən kənarlarda 90 km/saat, bir neçə təhlükli döngə olan sahələrdə isə səhv etmirəmsə, 70 km/saat müəyyən edilib. Qeyd etdiyim kimi, bu yol avtomagistral deyil, II texniki dərəcəli gözəl bir yoldur. Müəyyən edilən sürət həddi ilə hərəkət etdikdə hər şey gözəldir. Təəssüf ki, belə vəziyyəti görən xeyli sürücü sürəti hətta 130-140 km/saat-a da qaldırır. Ona görə də qəza xəbərlərində bu yolun adı tez-tez səslənir.

Hörmətli sürücülər, bunu etməyin. Cəmi 60 km uzunluğu olan bu yolu sürət rejiminə riayət edərək və həyatınızı riskə atan sürətlə getməyiniz arasında ən yaxşı halda 8-10 dəqiqə fərq ola bilər. Axı onsuz da yolun hər yerini yüksək sürətlə getmək mümkün olmayacaq, çünki kəndin içindən keçirsiniz, qabağınıza asta gedən texnika, bəzi yerlərdə mal-qara çıxır və s. Belə olan təqdirdə bir daha düşünün, riyazi məntiqinizi də işə salın. Yüksək sürət sadəcə ölüm riski demək deyil, həm də özünü daimi stress vəziyyətində saxlayaraq sağlamlığa ciddi zərər vurmaqdır, avtomobilin resurslarını daha tez tükəndirməkdir, daha çox yanacaq (enerji) sərf etməkdir, tez-tez cərimə olunmaqdır və s. Ən pisi isə odur ki, yüksək sürət yaranmış qəza şəritində labüd ölüm deməkdir.  Ona görə də yola çıxanda həm özünüzü, həm yaxınlarınızı, həm də hər kəsi düşünün. Düşünün ki, əslində tələsmədiyinizə əmin olasınız".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Oktyabr 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri