Yolu qaçaraq keçən piyada əks yola çıxan “Range Rover”ə çırpıldı ANBAAN VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində (“Simurq” şadlıq sarayının yaxınlığında) piyadanın vurulma anı anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, bədbəxt hadisə mayın 17-də saat 14:05 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, əks istiqamətli yola çıxan “Range Rover” markalı avtomobil yolu təyin olunmamış yerdən qaçaraq keçən piyadanı vurub. Zərbənin təsirindən piyada yerə yıxılıb. Hadisəni törədən sürücü və yaxınlıqdakı vətəndaşlar ona dərhal yardım göstəriblər.
Məlumata görə, ərazidə təmir işləri aparıldığı üçün "Range Rover" əks istiqamətdə hərəkət edirmiş. Piyada isə sağdan gələn nəqliyyat vasitələrinə baxaraq yolu keçməyə çalışanda soldan gələn maşın onu vurub.
Nərmin
Bu mövzuda digər xəbərlər:Maşının təkəri çıxıb arxadan gələn “Range Rover”ə çırpıldı Video
29 İyun 2026 13:48
Əks yola çıxan “Range Rover” sürücüsü ardınca təhlükəli manevr etdi VİDEO
03 Noyabr 2026 14:15
Bakıda “Range Rover” yük maşınına çırpıldı VİDEO
19 Mart 2026 18:36
Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq Range Rover ə çırpıldı ANBAAN VİDEO
29 İyun 2026 13:18
Mehdiabadda qəza: “Range Rover” “Mercedes”ə çırpıldı, sürücüsü ağır yaralandı VİDEO
28 Oktyabr 2025 16:27
Baxış sayı:128
Bu xəbər 20 May 2025 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















