Icma.az
close
up
RU
Yolumuzu “açıb kəsən” 3 işıq...

Yolumuzu “açıb kəsən” 3 işıq...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

İşıqforlar yol qaydalarının tənzimlənməsində böyük rola malikdir. Ömrümüz çox zaman yollarda keçir. 3 işıqlı bu vasitənin  sayəsində baş verə biləcək yol qəzalarının qarşısı alınır, qarışıqlıq yaranmadan avtomobillər öz istiqamətləri üzrə rahat hərəkət edirlər. Ancaq bəzi vaxtlarda bu yollar bizi mənzilə çatdırmır. Məcazi mənada desək, yolumuzu qırmızı işıq kəsir... 

Məhdudiyyət deyil, həm də mədəniyyərdir

3 işıqdan söz düşmüşkən, 5 avqustun Beynəlxalq İşıqfor Günü kimi tarixə düşməsindən artıq 111 il ötür. Həmin gün 1914-cü ildə ABŞ-ın Klivlend şəhərində ilk elektrik işıqfor quraşdırılıb. Onun da 2 - qırmızı və yaşıl işıq rəngli işıqları olub. Sarı rəngi isə polisin xəbərdaredici fiti əvəz edirdi.

İllər keçdikcə 2 rəngi 3 rəng əvəz etdi.  Zaman keçdikcə işıqforlar inkişaf edərək daha mürəkkəb, rahat və ağıllı olur. Bu gün təkcə avtomobillər üçün deyil, həm də piyadalar, tramvaylar, velosipedçilər və hətta atlar üçün işıqforlar var. Qırmızı siqnalda sağa dönməyə imkan verən oxlar, eləcə də səs siqnalları var ki, görmə qabiliyyəti zəif olan insanlar yolun hərəkət hissəsini təhlükəsiz keçə bilsinlər. 

Ola bilsin ki, kimsə işıqforların sadəcə bir məhdudiyyət olduğunu fikirləşir. Amma düşünsək ki, onlar günümüzdə nə qədər insanın həyatını xilas edib, onda yanlarından təşəkkür etməmiş keçmərik. Beynəlxalq İşıqfor Gününü fürsət bilib mövzunu qabartmaqda məqsədimiz son zamanlar yol hərəkəti qaydalarına əməl edilməməsi və nəticədə nəqliyyat hadisələrinin artmasıdır. Etiraf edək ki, xoşagəlməz hadisələrin yaşanmasında əsas səbəblərdən biri sürücülərin və piyadaların tələskənliyidir.

Bu gün bütün dünya ölkələrindəki yol polisi əməkdaşlarının əsas diqqət etdiyi yer piyada keçidləridir. Ölkəmizdə nizamlanan və nizamlanmayan piyada keçidləri var. Nizamlanan piyada keçidlərində hərəkətin nizamlanması işıqfor vasitəsilə həyata keçirilir. Piyadalar bəzən işıqfora fikir vermədən, piyada keçidi olmayan yerlərdən və etinasızca mobil telefon və yaxud qulaqcıqlarla yolu keçmək istəyərkən yol-nəqliyyat hadisələri qeydə alınır. 

Təəssüf ki, bunun üçün maarifləndirici tədbirlər görülsə də, qaydalara əməl etməyən, diqqətsiz və məsuliyyətsiz sürücülər, həmçinin piyadalar yenə var. Hər bir ölkədə yol-hərəkəti qaydalarının pozulmasına görə, istər piyada, istərsə də sürücülər üçün müvafiq məbləğdə cərimələr tətbiq olunur. Lakin məqsəd piyada və sürücüləri cərimə ilə qorxutmaq yox, yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. 

3 rəngin tələbi... 

İşıqforun yaşıl işığı yanan zaman digər istiqamətdən gələn nəqliyyat vasitələrinin, həmçinin piyadaların hərəkətini başa çatdırmasına şərait yaradılması öz əksini tapıb. Ancaq o demək deyil ki, yaşıl işıq yandı, sürücü dərhal hərəkətə başlaya bilər. Bəzən sürücülər işıqforun yaşıl və yaxud qırmızı işığının sönməsinə 1-2 saniyə qalmış sürəti azaltmaq yerinə, bir az da artırırlar ki, yolayrıcını tez keçsinlər. Bütün bu tələskənliklər isə bədbəxt hadisələrin baş verməsinə gətirib çıxarır.

Adətən piyadaların küçə və yollarda hərəkətinə qadağa qoymaq mümkün olmadığı üçün bütün məsuliyyət sürücülərin üzərinə düşür. Bunun üçün də sürücülər daha təmkinli, piyadalarla münasibətdə daha diqqətli olmalı, qarşısına qəfil çıxan piyada ilə məsafəsini nizamlamağı bacarmalıdır. 

Lakin bu, piyadaların məsuliyyətinin az olması mənasına gəlməməlidir. Yol hərəkəti qaydalarının tənzimlənməsində sürücülər qədər, ən az piyadaların da diqqəti və məsuliyyəti vacibdir.   

Sahib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Avqust 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri