Icma.az
close
up
RU
“Yorğan döşək cırıq, isti su yoxdur” Semaşko dan ŞİKAYƏT

“Yorğan döşək cırıq, isti su yoxdur” Semaşko dan ŞİKAYƏT

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kliniki Tibbi Mərkəzdə əməliyyat olunan xəstələrdən birinin valideyni mövcud şəraitlə bağlı narazılıq bildirib.

Metbuat.az-ın qaynar xəttinə daxil olan şikayətdə qeyd olunur ki, xəstəxanada istifadə edilən yorğan-döşək cırıq və baxımsız vəziyyətdədir. Bundan əlavə, müəssisədə isti suyun olmaması da problem kimi göstərilib. Valideynin sözlərinə görə, ondan əlavə pul tələb olunub. Bundan əlavə, xəstənin çarpayıya yerləşdirilməsi də yaxınlarından tələb olunub, amma bunun üçün pasientin atasının içəri daxil olmasına da icazə verilməyib.

Məsələ ilə bağlı Metbuat.az Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinə sorğu ünvanlayıb.

Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd saytımıza açıqlamasında bildirib ki, xəstə əməliyyat olunduqdan sonra müvafiq şöbəyə yerləşdirilib. Bir neçə saat sonra isə azyaşlının valideyni könüllü olaraq şöbədə stasionar müalicədən imtina edib:

“Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, pasiyentin valideyni xəstəxana xidmətlərindən razı qaldığı halda tibb müəssisəsi barədə belə video çəkib. Videoda səsləndirilən iddialar isə həqiqətə uyğun deyil: pasiyentin üzərinə KTM loqosu olan təmiz, sterilizasiya edilmiş adiyal olduğu halda, o, xəstənin üşüməsini əsas gətirib, ehtiyat adyal və yastıqdan istifadə edib. Xatırladaq ki, payız-qış mövsümünə keçid ölkəmizdə noyabrın 15-dən hesablanır. Həmin tarixdən sonra istilik sistemi işə salınır. Vətəndaşın iddia etdiyi hansısa tibb personalının ondan maddi vəsait tələb etməsi məsələsi də tamamilə yanlışdır, KTM-də bütün tibbi xidmətlər İcbari Tibbi Sığorta hesabına aparılır”.

Mətbuat katibi xəstə yaxınının palataya buraxılmaması məsələsinə də aydınlıq gətirib:

“Ölkədə karantin rejimi davam edir, buna görə də xəstə yaxınlarının palatalara daxil olması tibbi protokollara uyğun olaraq qadağan edilib. Bundan əlavə, xəstəxanada müalicə alan hər bir pasiyentin rahatlığı təmin olunur, neqativ halların yaranmaması üçün mütəmadi olaraq şöbələrdə yoxlamalar aparılır”.


Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see177

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri