Icma.az
close
up
RU
YouTube Oskar təqdimat mərasiminin yayım hüququnu alır

YouTube Oskar təqdimat mərasiminin yayım hüququnu alır

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


"YouTube" videoplatforması öz əhatəsini daha da genişləndirmək niyyətindədir. Buna görə də "Oskar" mərasiminin yayımlanma hüququ uğrunda mübarizə aparacaq.
Reyting.az
"Bloomberg" agentliyinə istinadla xəbər verir ki, ən böyük videoplatforma Amerika Kino Akademiyasının mükafatlandırma mərasiminin yayımlanma hüquqlarını çox tezliklə əldə etməyə çalışır.
Bu iddia Hollivudda inqilabın yetişdiyinə bir işarədir, çünki 50 ilə yaxındır ki, "ABC" kanalında davamlı yayımlardan sonra, bu hüquqlar, yəni "Oskar" kino mükafatının təqdimat mərasiminin efir hüquqları tam yeni dövrün tələblərinə uyğun rəqəmsal platformalara keçə bilər.
Ənənəvi bəzi telekanallar "NBC", eləcə də "CBS" yayımlama hüquqlarını almaq imkanlarını nəzərdən keçirsələr də, əsas münaqişəli rəqabəti iki nəhəng iddiaçı - "YouTube" və "Netflix" aparır.
Məlumata görə, "ABC" kanalının sahibi "Disney" şirkəti ilə Amerika Kino Akademiyası arasındakı danışıqlar dalana dirənib və Kino Akademiyası hüquqların dəyərinin artırılmasında israr etməyə başlayıb. Məhz elə bu mübahisələr səbəbindən hazırda məbləğ ildə 100 milyon dollardan çox qiymətləndirilir. Ancaq "ABC" kanalı reytinqlərin davamlı enişi səbəbindən bəyan edib ki, o, hələ qiyməti qaldırmağa hazır deyil.
"Bloomberg"-in məlumatına görə, son on ilin ərzində ABŞ-da bu mərasimin auditoriyası iki dəfə azalıb, 1990-cı illərin zirvə dövrü ilə müqayisədə 60 faizdən çox azalma müşahidə olunub.
"YouTube" formatın "cavanlaşması" üçün ideal namizəd sayılır. Dünyada 2,5 milyard istifadəçisi olan platforma təkcə misilsiz auditoriya deyil, həmçinin yeni qarşılıqlı əlaqə formatları təklif edə bilər. Üstəlik, hazırda tamaşaçıların çoxu mərasimin hissələrini efirdən sonrakı gün "YouTube"-da izləməyi üstün tutur.
"Netflix" platforması da çox aktiv maraq göstərir və yayımlamanı özünü striminq sənayesinin lideri kimi mövqelərini daha da gücləndirmək, auditoriya toplamaq imkanı kimi dəyərləndirir. Mütəxəssislərin fikrincə, ümumiyyətlə, "Oskar" təqdimat mərasiminin yayımlanmasının rəqəmsal platformalara birbaşa keçidi sadəcə, bir zaman məsələsidir.
Yayımlayıcının dəyişdirilməsi barəsindəki yekun qərar 2025-ci ildə qəbul oluna bilər ki, bu da Kino Akademiyasının yeni yayım formatlarını işləyib hazırlanmasına kifayət qədər vaxt imkanı qazandıracaq.
Mütəxəssislər bildiriblər ki, gözlənilən bu dəyişikliklər, 1976-cı ildə keçirilmiş Kino Akademiyanın "Oskar" mərasiminin yeni yayımının "NBC"-dən "ABC" telekanalına keçidindən bəri bu mükafatın tarixindəki ən mühüm hadisə olacaq.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 Avqust 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri