Icma.az
close
up
RU
YouTube “Trend” bölməsini niyə ləğv etdi? Ekspertdən açıqlama

YouTube “Trend” bölməsini niyə ləğv etdi? Ekspertdən açıqlama

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

YouTube platforması 2015-ci ildən fəaliyyət göstərən “Trend” bölməsini qlobal miqyasda, o cümlədən Azərbaycanda ləğv edib.

Bəs “YouTube”un “Trend” bölməsinin ləğvi Azərbaycanda kontent yaradıcılığına necə təsir edə bilər?

Ölkə.Az xəbər verir ki, "Mediaservis"in təsisçisi, jurnalist Elgün Mənsimov Metbuat.az-a açıqlamasında bildirib ki, bu addıma səbəb sözügedən bölməyə istifadəçilər arasında marağın azalmasıdır.

“Təxminən 10 ildir fəaliyyət göstərirdi. İndi şirkət bu səhifəsi ilə vidalaşdığını açıqlayıb. Burada qısamüddətli ən populyar qlobal videolar, virasensasiyalar, xəbər başlıqları və populyar musiqi buraxılışları önə çəkilirdi. Lakin "YouTube"nin açıqlamasına görə, bu videoyayım platforması, yəni "Trend" bölməsi istifadəçilər arasında marağın olmaması səbəbindən bağlanır. Bununla belə, bundan sonra "YouTube" istifadəçiləri "YouTube Cədvəlləri"ndə populyar məzmunları izləyə biləcəklər”.

O qeyd edib ki, hazırda şirkət “Trend musiqi videoları”, “Həftəlik ən yaxşı podkastlar” və “Trend film treylerləri” təqdim edir və gələcəkdə daha çox kateqoriya əlavə etməyi planlaşdırır.

“Bundan əlavə, istifadəçilər öz zövqlərinə uyğun videoməzmunu tapmaq üçün "YouTube"un "Kəşf et" səhifəsinə, xüsusi yaradıcıların kanallarına və abunəlik lentlərinə də baxa bilərlər. Ona görə də bu dəyişikliklərin dünyada və Azərbaycanda kontent yaradıcılığına təsir edəcəyini düşünmürəm. Bu, sadəcə olaraq "YouTube"nin rentabellilik, məhsuldarlıq baxımından özünü təkmilləşdirmək cəhdidir. Bu platforma özü daxilindəki səhifələrlə birgə ümumilikdə yaradıcı şəxslərə geniş imkanlar yaradır. Orijinal kontent varsa, alqoritm zatən özü onu müəyyən edib "Trend" bölməsi əvəzinə "Kəşf et" və ya məzmununa uyğun digər bölmədə önə çıxaracaq. Odur ki, burada yaradıcılığın və onun kütləyə yayımının hər hansı bir formada məhdudlaşacağını düşünmürəm. Çünki "YouTube" özü də səbəbini izah edir ki, 10 il ərzində "Trend" bölməsinə istifadəçilər arasında maraq az olub və bu səbəbdən ləğv edilir. Buna görə də narahatlığa heç bir əsas yoxdur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 İyul 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri