Icma.az
close
up
RU
YouTube uşaqları izləyəcək Bəzi hesablar bloklanacaq

YouTube uşaqları izləyəcək Bəzi hesablar bloklanacaq

Icma.az, Sfera.az saytına istinadən bildirir.

“YouTube” avqustun 13-dən ABŞ-də yeni qaydalar tətbiq edəcək. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, platforma süni intellekt (AI) texnologiyası vasitəsilə istifadəçilərin yaşını təyin edərək 18 yaşına çatmamış şəxslərə məxsus hesabları müəyyənləşdirəcək.

Sistem həm istifadəçinin hesab açarkən göstərdiyi yaşı, həm də platformadakı fəaliyyətini təhlil edəcək. Əgər profilin yetkinlik yaşına çatmayan şəxs tərəfindən istifadə olunduğu müəyyənləşərsə, həmin istifadəçilərə avtomatik olaraq məhdudiyyətlər qoyulacaq.

Məhdudiyyətlərə yaş senzuralı videolara girişin bloklanması, fərdiləşdirilmiş reklamların söndürülməsi, fasilə vermə bildirişləri və bədən şəkli kimi həssas mövzularla bağlı təkrar tövsiyələrin məhdudlaşdırılması daxildir.

Qərar onlayn uşaq təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi üzrə qlobal tendensiyaya uyğun addım kimi qiymətləndirilir. Qeyd edək ki, bu ilin əvvəlində “Google” istifadəçilərin yaşını hesablamaq üçün maşın öyrənməsindən istifadə etməyi planlaşdırdığını açıqlamışdı. Keçən həftə isə Böyük Britaniyada yetkin məzmunlu saytlara daxil olmaq üçün onlayn yaş yoxlama qaydaları qüvvəyə minib. ABŞ-nin bəzi ştatlarında oxşar qanunlar qəbul edilib, Avropa İttifaqı isə rəqəmsal şəxsiyyət vəsiqələri ilə əlaqəli yaş yoxlama sistemini sınaqdan keçirir.

"YouTube" bildirir ki, sistem yetkinlik yaşına çatmayan hesabları aşkar etdikdə istifadəçilər xəbərdar ediləcək. Əgər səhvən məhdudiyyət tətbiq olunarsa, yaş şəxsiyyət vəsiqəsi yükləməklə, selfi göndərməklə və ya kredit kartı məlumatlarını daxil etməklə təsdiq oluna biləcək.

Bununla yanaşı, platforma məzmun yaradıcılarını xəbərdar edib ki, auditoriyada yeniyetmələrin payının azalması fərdiləşdirilmiş reklamların qadağan olunması səbəbindən reklam gəlirlərinin aşağı düşməsinə səbəb ola bilər.

Fidan Hacızadə

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 İyul 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri