Icma.az
close
up
RU
Yoxa çıxan balıqçıların butulkada göndərdiyi məktub tapıldı

Yoxa çıxan balıqçıların butulkada göndərdiyi məktub tapıldı

Icma.az, Bakupost saytına istinadən bildirir.


Tayvanın Suao şəhərinin Balıqçılar Assosiasiyası adanın hakimiyyət orqanlarından İrlandiya sahillərində tapılan butulka şüşədəki məktubunun həqiqiliyini yoxlamağı və lazım gələrsə, itkin düşmüş dənizçilərin axtarışına beynəlxalq təşkilatların cəlb edilməsini xahiş edib.

Bakupost.az xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

Söhbət 2020-ci ilin sonunda radarlardan itib yoxa çıxan “Yong Yu Sing No18” adlı balıqçı gəmisinin heyətindən gedir.

Məktub İrlandiyanın qərb sahillərində yerləşən İnişeer adasının çimərliyində tapılıb. Malayziyanın "Nanyang Siang Pau" qəzetinin məlumatına görə, iki

kişi gəzişərkən təsadüfən butulkanı görüblər. İçindəki mətn əsasən indonez dilində yazılıb. Naməlum şəxslər məktubda 20 dekabrdan bəri çətin vəziyyətdə olduqlarını, yaralandıqlarını və harada olduqlarını bilmədiklərini bildiriblər. Məktubda həmçinin kömək istənilib və imza qoyulub: Yong Yu Sing 18.

Suao Balıqçılar Assosiasiyasının baş katibi Çen Çunşen bildirib ki, gəminin kapitanı olan Li soyadlı şəxsin ailəsinə tapıntı barədə məlumat verilib. O, Tayvan hakimiyyətinin məktubun həqiqiliyini araşdıracağına və təsdiq olunduğu halda, itkin düşən heyətin axtarışına xarici mütəxəssisləri cəlb etməklə yenidən başlayacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, “Yong Yu Sing No.18” adlı balıqçı gəmisi rəsmi olaraq 2021-ci il yanvarın 1-də itkin elan olunub. Bundan əvvəl, gəminin sahibi 2020-ci il dekabrın 30-da kapitanla əlaqənin itirildiyini bildirmişdi. Yanvarın 2-də ABŞ-a məxsus axtarış-xilasetmə təyyarəsi gəmini təxminən 606 dəniz mili məsafədə, sürüklənən halda aşkarlayıb. Lakin göyərtədə heç kim olmayıb. Xilasedicilər kapitan kabinəsinin pəncərələrinin sındığını müşahidə etsələr də, hər hansı mübarizə və ya cinayət izinə rast gəlməyiblər.

Gəmi Suao limanına geri gətirilib və prokurorluq heyətin yoxa çıxmasının səbəbinin əlverişsiz hava şəraitiola biləcəyi qənaətinə gəliblər. Gəmidən heç bir SOS siqnalı verilməmişdi. İtkin düşən zaman ekipajda Tayvanlı kapitan və doqquz İndoneziya vətəndaşı olub.

Lalə,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 İyul 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri