Yoxsulluq içində ölən rəssam: Əsərləri milyonlarla dollara satılır
Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mayın 12-də Nyu-Yorkda “Christie's” Beynəlxalq Hərrac Evində müasir incəsənət hərracı keçirəcək.
Adalet.az xəbər verir ki, hərracda məşhur fransız rəssam Klod Monenin ikonik mənzərələrindən biri olan "Dan üzü, alacaqaranlıqda xaşxaşlar" əsəri satılacaq.
Əsər 60 il şəxsi kolleksiyada saxlanılıb və bundan əvvəl 1892-ci ildə onu Monetdən almış sənət dileri Paul Durand-Ruelə məxsus olub.
Qeyd edək ki, ömrünün çoxunu borc içində yaşayan rəssam Klod Monenin 2023-cü ilin sentyabrında heç vaxt sərgilənməmiş tablosu da satıldı.
"Le bassin aux nympheas" ("Gölməçədə su zanbaqları") adlı rəsm əsəri 1917-1919-cu illər arasında yaradılmış və 1972-ci ildən adı açıqlanmayan şəxsin kolleksiyasında da saxlanılıb. Rəsmin minimal dəyəri 65 milyon dollar olsa da 3 dəfə baha qiymətə satıldı.
2019-cu ildə isə "Taya" adlı əsəri Nyu-Yorkun "Sotbi" hərrac evində rekord qiymətə - 110,7 milyon dollara satılıb.
Əntiqə Rəşid
jpg-1746180905.jpg)


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 02 May 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















