YPG İraqla sərhəddə olan daha iki rayondan çıxarılıb Rakkada isə xalq ayağa qalxıb
ABŞ-ın dəstəklədiyi YPG qüvvələri Menbiç və Deyr əz-Zordan sonra daha iki rayondan geri çəkilməyə məcbur edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin dəsətklədiyi Suriya Milli Ordusu bu gün Menbişdən sonra İraqla sərhədə doğru irəliləyib.
Məlumata görə, Suriya Milli Ordusu İraq-Suriya sərhəd xəttində yerləşən Əlbukemal və Meyadin rayonlarını da ələ keçirib.
Xəbərdə o da deyilir ki, PKK/YPG-nin nəzarətində olan Rakka vilayətində xalq ayağa qalxıb: "YPG qüvvələri onlara qarşı çıxan xalqa təşə açıb, nəticədə azı 4 nəfər yaralanıb..."
Firudin Səfərli
MİA.AZ
Baxış sayı:36
Mənbə:https://mia.az