Icma.az
close
up
RU
“YPG layihəsinin iflası ABŞ İsrail planlarını pozur” ŞƏRH

“YPG layihəsinin iflası ABŞ İsrail planlarını pozur” ŞƏRH

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriya ordusunun Fərat çayının qərb sahilində terror təşkilatı YPG-nin nəzarətində olan Deyr Hafir bölgəsinə ilk hərbi bölmələri daxil edilib.

Bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, əməliyyatlar çərçivəsində bölgəyə ordu qüvvələrinin yerləşdirilməsi mərhələli şəkildə davam etdirilir.

Gununsesi.info -ya danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə mövzunu belə şərh edib:

“Suriyada YPG–PYD terror strukturuna qarşı hökumət qüvvələrinin keçirdiyi hərbi əməliyyatlar müsbət nəticələr verir. Türkiyə artıq 40 ildən çoxdur ki, həm İraqda, həm də Suriyada PKK terror təşkilatını və onun qollarını sistemli şəkildə sıradan çıxarır. Bu proses mərhələli və strateji xarakter daşıyır.

Strateji planda YPG-nin əsas məqsədi Suriyanın şimal-şərqində muxtariyyət statusu əldə etmək, daha sonra isə bu qurumu İraqdakı Kürd Muxtariyyəti ilə birləşdirərək Aralıq dənizinə çıxışı olan yeni kürd dövləti yaratmaq idi. Məhz Barak Obama və Co Bayden administrasiyalarının regional planlarının mərkəzində bu layihə dayanırdı. Türkiyənin Suriyada əldə etdiyi hərbi-siyasi üstünlük həmin planın qarşısını aldı.

Qeyd edim ki, İsrail də Suriyada kürd muxtariyyətinin formalaşmasına açıq və ya dolayı şəkildə dəstək verən tərəflərdən biri olub. Bu isə regionda parçalanma və yeni münaqişə risklərini daha da artırırdı”.

 Məhəmməd Əsədullazadənin fikrincə əgər İraq Kürd Muxtariyyətinin peşmərgə qüvvələri Həsəkə bölgəsində Suriya ordusu ilə toqquşmalara cəlb edilərsə, Türkiyənin İraq Kürd Muxtariyyətinə qarşı ciddi siyasi və hərbi təzyiqlər göstərməsi istisna edilmir.

“Ankara bu cür ssenarini öz milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir.

On ildən artıq Suriyanın şimal-şərqində fəaliyyət göstərən YPG terror təşkilatının mövcudluğuna faktiki olaraq son qoyulur. Bu proses Türkiyənin regional güc kimi mövqeyini daha da möhkəmləndirir. Ankara artıq təkcə Suriyada deyil, ümumilikdə Yaxın Şərqdə əsas söz sahibi və aparıcı oyunçulardan biri kimi çıxış edir. Türkiyənin Qəzza zolağı ilə bağlı mövqeyi də bunun açıq göstəricisidir.

ABŞ prezidenti Donald Tramp administrasiyası YPG ilə əməkdaşlıqdan imtina edərək, Suriya və Türkiyə ilə birbaşa əməkdaşlığa üstünlük verdi. Bu, Vaşinqtonun regionda reallıqları qəbul etməsinin göstəricisi idi. Suriyadakı neft yataqlarından isə ABŞ-ın istifadə etməsi davam edəcək. Bu, həm ABŞ-ın iqtisadi maraqlarına, həm də Trampın praqmatik siyasət xəttinə uyğundur.

Suriyada YPG layihəsinin iflası təkcə bir terror strukturunun sıradan çıxarılması deyil, eyni zamanda Yaxın Şərqdə xəritə dəyişdirməyə yönəlmiş ABŞ-İsrsilin planlarının pozulması deməkdir”,-deyə o əlavə edib.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Yanvar 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri