YPX cərimənin görüntüsünü göstərməyə borcludur?
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
“YPX inspektoru inzibati xəta törətdiyim anın görüntüsünü mənə təqdim etmədi. Bu nə dərəcədə doğrudur?”
Bu barədə Azpost.info-ya daxil olmuş sorğunun cavabını təqdim edirik:
DİN dən verilən məlumatda bildirilir ki, yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ vardır.
“Lakin törətdiyiniz yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildiyinə görə inzibati xətanın törədildiyi anın fotoşəklinin təqdim edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır”.
Baxış sayı:99
Bu xəbər 29 İyun 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















