YPX əməkdaşları Vətən müharibəsi iştirakçısının həyatını xilas etdilər
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dekabrın 24-də saat 18 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Sabirabad rayonu ərazisində yerləşən stasionar postuna yaxınlaşan VAZ markalı avtomobilin sürücüsü xəstəxanaya apardığı sərnişinin - Vətən müharibəsi iştirakçısının səhhətinin ağırlaşdığını və təcili köməyə ehtiyac olduğunu bildirib.
Oxu.Az-ın məlumatına görə, yaranmış vəziyyətə adekvat reaksiya verən Yol Polisi Xidməti (YPX) əməkdaşlarının çevikliyi sayəsində səhhəti kəskin ağırlaşan sərnişinin vaxtında Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılması təmin edilib.
"Vətən müharibəsi iştirakçısı", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunan qazi Kamil Məmmədli xəstəxanadan çıxdıqdan sonra YPX postuna gələrək peşəkar və humanist davranışa görə polis əməkdaşlarına səmimi təşəkkürünü bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 28 Dekabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















