Icma.az
close
up
RU
Yubiley mərasimində şəhid övladlarına hədiyyələr təqdim olundu

Yubiley mərasimində şəhid övladlarına hədiyyələr təqdim olundu

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Naxçıvanın aparıcı sənaye müəssisələrindən biri olan “Ləzzət” Şirkətlər Qrupu fəaliyyətinin 30 illik yubileyini qeyd edib.

Tədbir çərçivəsində “Ləzzət” Şirkətlər Qrupunun rəhbər heyəti və əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət ediblər. Onlar Ulu Öndərin xatirəsini ehtiramla anaraq abidə önünə gül dəstələri qoyublar. Daha sonra kollektiv Zəfər Parkını ziyarət edib, şəhidlərin ruhuna dərin ehtiramlarını bildiriblər.

Yubiley tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən “Ləzzət” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Teymur Rzayev, şirkətin 30 illik fəaliyyət yoluna nəzər salaraq bildirib ki, bu illər ərzində “Ləzzət” Naxçıvanda və ölkənin digər bölgələrində iqtisadi fəallığın və yerli istehsalın inkişafına mühüm töhfə verib. O, qeyd edib ki, keyfiyyətli məhsul istehsalı, yeni iş yerlərinin yaradılması və sosial layihələrin həyata keçirilməsi şirkətin əsas prioritetləri olub.

Teymur Rzayev kollektivin fədakar əməyini yüksək qiymətləndirərək vurğulayıb ki, “Ləzzət” brendi gələcəkdə də regionun etibarlı və nüfuzlu adlarından biri kimi qalacaqdır.

Tədbirdə Naxçıvan MR Şəhid Ailələri İctimai Birliyinin sədri Mayis Gülməmmədov çıxış edərək “Ləzzət” Şirkətlər Qrupunun sosial məsuliyyət daşıyan şirkətlər sırasında olduğunu qeyd edib. O, şəhid ailələrinə və qazilərə göstərilən dəstəyin təqdirəlayiq olduğunu vurğulayıb.

Şirkətin sahibkarlarından Namiq Novruzov və İshaq Yaycılı çıxışlarında “Ləzzət” Şirkətlər Qrupunun 30 illik fəaliyyətinin həm iqtisadi, həm də mənəvi dəyər daşıdığını bildiriblər. Onlar düzgün idarəetmə siyasətini, kollektivin fədakar fəaliyyətini və qarşılıqlı etimad mühitini şirkətin uzunmüddətli uğurlarının əsası kimi qeyd ediblər.

Tədbir çərçivəsində “Ləzzət” kollektivi adından şirkətin sahibkarlarına xatirə hədiyyələri təqdim olunub. Şirkətin mənəvi dəyərlərə sadiqliyinin göstəricisi olaraq, Şəhid Ailələri İctimai Birliyinin rəhbərliyinə və Vətən uğrunda canından keçmiş qəhrəmanların övladlarına da xüsusi hədiyyələr təqdim edilib.

Ardınca şirkətin uzunmüddətli və səmərəli fəaliyyəti ilə fərqlənən əməkdaşlar plaket və təltiflərlə mükafatlandırılıb.

Tədbirin bədii hissəsində əməkdar artistlərin və tanınmış musiqi ifaçılarının çıxışları, səsləndirilən mahnılar və rəqs nömrələri tədbirə xüsusi rəng qatıb.

Çıxışının sonunda Teymur Rzayev bildirib ki, bu gün əldə edilən bütün uğurlar qədər dəyərli bir məqam da şəhid övladlarının tədbirdə iştirakı olub.

Onların varlığını “Ləzzət” ailəsi və bütövlükdə cəmiyyət üçün qürur və məsuliyyət mənbəyi kimi dəyərləndirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri