Icma.az
close
up
RU
Yubileylərində orden və medal alanlar SİYAHI

Yubileylərində orden və medal alanlar SİYAHI

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu il dövlət səviyyəsində müxtəlif sahələrdə fərqlənmiş bir sıra tanınmış şəxs orden və medallarla təltif olunub. Siyahıda siyasi və ictimai sahədə fəaliyyət göstərən şəxslərlə yanaşı, mədəniyyət xadimləri də yer alır.

Ölkə.Az bu il orden və medallarla təltif edilmiş tanınmış şəxslərin siyahısını təqdim edir:

Bu il Prezident İlham Əliyevin sərəncamı ilə ordenlə təltif edilən tanınmış və ən yüksək rütbəli şəxs Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov olub. Belə ki, dövlət başçısı 80-ci yaş günündən 2 gün əvvəl Azərbaycanın sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə, Y.Eyyubovu “İstiqlal” ordeni ilə təltif edib.  Ordeni elə həmin gün Prezident İlham Əliyev Yaqub Eyyubovu qəbul edərək şəxsən təqdim edib.

"Sevil" Qadınlar Məclisinin sədri, bəstəkar Sevil Heydər qızı Əliyeva də bu ilin oktyabrında təltif olunub. Sevil Əliyeva Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyev bununla bağlı Sərəncamı ilə "Şərəf" ordeni ilə mükafatlandırılıb.

Bu il tətlif olunan rəsmi şəxslərdən biri də Milli Məclisin sədri Sahibə Qafarovadır. 19 martda Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük xidmətlərinə görə S.Qafarovaya “Şərəf” ordenini təqdim edib.

Bu ilin avqustunda isə Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Xalq artisti Fəxrəddin Manafov “Şöhrət”, Xalq artisti Afaq Bəşirqızı isə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif ediliblər. Hər iki sənətkar 70 illik yubileylərindən 1 gün əvvəl Dövlət başçısı tərəfindən mükafatlandırılıblar.

Baş nazirin köməkçisi Əhməd Əhmədzadə və sabiq ədliyyə naziri Fikrət Məmmədov isə uzunmüddətli səmərəli fəaliyyətə görə “Şərəf” ordeninə layiq görülüblər.

Prezident İlham Əliyevin 29 mart 2025-ci il tarixli Sərəncamı ilə Şəfiqə Məmmədova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilib. Orden ona həmin gün Prezident İlham Əliyev tərəfindən təqdim olunub.

Gövhər Baxşəli qızı Baxşəliyeva da dövlət başçısı tərəfindən ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə mükafatlandırılıb. 

Azərbaycanın Xalq şairi Vahid Əziz oğlu Cəfərov (Vahid Əziz) da ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Dekabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri