Icma.az
close
up
RU
YUBİLYAR İLHAMƏ MƏHƏMMƏDQIZININ YENİ KİTABI TƏQDİM EDİLDİ

YUBİLYAR İLHAMƏ MƏHƏMMƏDQIZININ YENİ KİTABI TƏQDİM EDİLDİ

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İstedadlı şair, tanınmış jurnalist, publisist İlhamə Məhəmmədqızının 55 illik yubileyi münasibətilə işıq üzü görən “Xoşbəxtəm varlığımla, yaradıcılığımla” adlı yeni kitabı oxuculara təqdim olundu. 

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin və Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə vətənin bütövlüyü uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və dövlət himni səsləndirildi. 

Əməkdar artist Cəlal Məmmədov tədbiri açıq elan edərək iştirakçılara İlhamə Məhəmmədqızının media və ədəbi fəaliyyəti, yeni çapdan çıxan kitabı haqqında geniş məlumat verərək şeirlərindən səsləndirdi. 

Təqdimat mərasimində iştirak edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov çıxış edərək son dövrdə şəhərin mədəniyyət və incəsənət sahəsindəki inkişafından danışdı, yubilyara şəhər rəhbərliyinin təbriklərini çatdırdı. İlhamə Məhəmmədqızının indiyədək həm jurnalist, həm də şair kimi bu sahəyə verdiyi töhfələrini alqışladı və  ictimai həyatda fəal iştirakına görə Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Sərəncamı ilə təltif olunduğu Fəxri Fərmanı ona təqdim etdi.

Görkəmli simalardan Prezidentin fərdi təqaüdçüsü, Əməkdar müəllim Ofelya Babayeva, kimya elmləri doktoru, professor Teymur İlyaslı, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıt Poeziya klubunun direktoru İbrahim İlyaslı, “Dostlar” klubunun təsisçisi, həkim, yazıçı Hümbət Quliyev, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev, şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev, Əməkdar müəllim Zakir Əliyev, tanınmış şair və yazıçılardan Ağalar İdrisoğlu, Namiq Dəlidağlı, Qafqaz Əvəzoğlu, Lilpar Cəmşidqızı, Elbrus Qayalı, Rəna Təbəssüm, Ədalət Əroğlu və başqaları yubilyarla bağlı xatirələrindən danışdı və ürək sözlərini söyləyib uğurlar dilədilər.

Təqdimat mərasimində qeyd edildi ki, İlhamə Məhəmmədqızının indiyədək oxucuların rəğbətini qazanan “Xatırla məni”, “Dərdə açma qapını”, “Möcüzə işığında”, “Söz dünyam”, “Ömrün naxışları”, “Var olsun yaxşılar, yaxşılıqlar”, “Bəs kimə deyim”, “Zirvəyə doğru”, “Hikmət dünyası” kitablarında qələmə aldıqları mənalı ömrünün könül dünyası, qəlbinin güzgüsüdür. Həyatının 55 ili arxada qalan müəllifin “Xoşbəxtəm varlığımla, yaradıcılığımla” adlı yeni kitabının da izləyiciləri tərəfindən maraqla qarşılanacağı bildirildi. 

Xanəndə Firudin Ağayev, gənc müğənnilərdən Vüsalə Məmmədova, Səbinə Əliyeva və Emil Abdullayevin ifasındakı musiqi nömrələri, rəqslər Sumqayıt şəhərində keçirilən möhtəşəm tədbirə xüsusi rövnəq verərək iştirakçılara yaddaqalan bir gün yaşatdı. Sonda xatirə şəkilləri çəkildi.   

RƏNA TƏBƏSSÜM,
jurnalist, yazıçı, publisist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 İyun 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri