Icma.az
close
up
RU
YUĞ Teatrında nə baş verir?

YUĞ Teatrında nə baş verir?

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Martın 16-da Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası zamanı aktyor Elşən Əsgərov tamaşaçılardan üzr istəyərək səhnəni tərk edib. 

Axşam.az xəbər verir ki, bu məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub, aktyorun bu hərəkəti teatrın hazırda binasız qalmasına etiraz kimi qəbul edilib. 

Aktyor qeyd edib ki, tamaşanı hər hansı zədəyə görə yarımçıq qoymayıb. O vurğulayıb ki, bir insan, bir aktyor kimi bu, artıq onun üçün son hədd olub. Məsələ ilə bağlı Elşən Əsgərov “Qafqazinfo”ya açıqlamasında bunları deyib: 

“YUĞ teatrı yaradıcı və texniki heyət baxımından üzərinə düşən bütün tapşırıqları yerinə yetirməyə hazırdır. Bütün heyət YUĞ-un yaşaması, fəaliyyətini davam etdirməsi üçün bir ailə, bir yumruq kimi vəhdətdədir. YUĞ məkan və şəraitsizlikdən əziyyət çəkir”. 

Baş verənlərlə bağlı tamaşanın rejissoru Əbdülqəni Əliyev bildirib ki, bu, etiraz məsələsi deyil: 

“Burada heç kimi qınamaq olmur, nə aktyoru, nə teatrın rəhbərliyini, nə də bizim olduğumuz Kukla Teatrını... Çünki Kukla Teatrında müvəqqəti, 1-2 ay adı ilə artıq 10 ilə yaxındır ki, fəaliyyət göstəririk. Hər yeni mədəniyyət naziri gələndə deyir ki, “artıq düzələcək, biz sizə bina verəcəyik”. Artıq buna öyrəşmişik. Hətta gözlənilir ki, bu teatr şəraitsizlikdən məhv olsun. Uşaqlar isə hər dəfə təzə-təzə tamaşalar hazırlayırlar. Hər təzə tamaşa da yeni dekorasiya deməkdir. Bütün bunları qoymağa da artıq yer yoxdur. Koridorlara düzülür. Sağ olsun, Kukla Teatrı ki, 10 ildir bizə dözür. Kulis arxasında əslində yer böyük olmalıdır. Burada heç bir metr yoxdur və dekorasiyalar da qoyulanda, bir də görürsən qaranlıqda qolu, başı, ayağı dəyir. Bilirsiniz ki, bizdə bir aktyor bir neçə obrazı canlandırır və bunun üçün saniyələr lazımdır ki, səhnə arxasına keçib dəyişsin. Bu zaman da o səhnə arxasındakı dekorlara dəyir. Bir dəfə, iki dəfə, üç dəfə... axırda dedi ki, “yox, belə alınmır”. Düzdü, ayağı sınmadı, kəsilmədi, amma dözülməz həddə çatdı”. 

Azərbaycan Dövlət YUĞ Teatrından "Report"a bildirilib ki, 16 mart tarixində yarımçıq dayandırılan tamaşa həmin tamaşaçılar üçün yenidən nümayiş etdirəcək. Həmin tarixdəki bilet 6 aprel tarixi üçün keçərli olacaq.

Qeyd edək ki, YUĞ teatrının binası 2016-cı ildə sökülüb. Teatr binasız qalması səbəbindən tamaşalarını Azərbaycan Dövlət Kukla Teatrının kiçik məşq zalında göstərməli olur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://axsam.az
archiveBu xəbər 18 Mart 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri