Yük maşını yanaraq benzindoldurma məntəqəsinə girdi
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Türkiyədə hərəkət zamanı saman yüklü yük maşınında yanğın baş verib. Yük maşınının yanar vəziyyətdə benzindoldurma məntəqəsindən keçdiyi anlar təhlükəsizlik kameralarına əks olunub.
Redaktor.az xəbər verir ki, Silvan-Diyarbəkir şossesinin Kasımlı kəndi yaxınlığında baş verən hadisədə sürücüsü və nömrəsi hələ müəyyən edilməyən yük maşınının saman yükü naməlum səbəbdən alovlanıb.
Maşın yaxınlıqdakı benzindoldurma məntəqəsinə daxil olub. Məntəqə işçilərinin xəbərdarlığı ilə sürücü maşını boş bir tarlaya sürüb.
Hadisə yerinə yanğınsöndürənlər və jandarmanın Sosial Hadisələrə Müdaxilə Maşını (TOMA) cəlb edilib. Alov, əməkdaşların və ətrafdakıların müdaxiləsi ilə söndürülüb.
Kənan YUSİF
Bu mövzuda digər xəbərlər:Yük maşını yanacaqdoldurma məntəqəsinə çırpıldı Video
09 İyul 2026 10:57
Ağdamda yük maşını restorana girdi
25 Oktyabr 2025 01:00
Yük maşını yandı
21 Yanvar 2025 23:22
Əyləncə faciəyə döndü: Yük maşını izdihamın içinə girdi VİDEO
04 May 2026 14:34
Kəlbəcərdə yük maşını aşdı
05 İyun 2025 09:50
Baxış sayı:121
Bu xəbər 19 İyun 2025 22:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















