Icma.az
close
up
RU
Yüksək balla BANM ə qəbul olaraq Prezident təqaüdünə layiq görülən gənc: Uğur təsadüfi əldə olunmur...

Yüksək balla BANM ə qəbul olaraq Prezident təqaüdünə layiq görülən gənc: Uğur təsadüfi əldə olunmur...

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 oktyabr, Xatirə Cəfərova AZƏRTAC

Prezident İlham Əliyevin “2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamına əsasən, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələr yüksək təqaüdə layiq görülüblər. Həmin tələbələrdən biri də Ağdam rayonunda anadan olmuş və orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində müvəffəqiyyətlə başa vurmuş Röyalə Bəxtiyarovadır. O, 2025-ci il qəbul imtahanlarında 692,2 bal toplayaraq Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisasına qəbul olunub və göstərdiyi yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülüb.

Röyalə Bəxtiyarova AZƏRTAC-a müsahibəsində qəbul imtahanlarına hazırlıq prosesi, qarşılaşdığı çətinliklər, qazandığı uğurun səbəbləri və hədəfləri barədə fikirlərini bölüşüb. O, imtahanlara uzunmüddətli və sistemli şəkildə hazırlaşıb: “İmtahanlara davamlı olaraq böyük həvəslə hazırlaşırdım. Riyaziyyat, fizika və informatika fənlərinə daha çox marağım olduğu üçün bu fənlərə xüsusi diqqət yetirirdim. Hazırlıq müddətində, təbii ki, yorulduğum anlar olurdu, lakin qarşıma qoyduğum məqsədləri xatırlayıb, özümü motivasiya edir və dərslərimə davam edirdim”.

Qazandığı uğurun arxasında nizam-intizamın, ardıcıl çalışma və yaxınlarının dəstəyinin dayandığını vurğulayan Röyalə deyib: “Mənim ən böyük dəstək verən ailəm və müəllimlərim olub. Onların mənə inamı və verdikləri motivasiya bu yolda irəliləməyimdə mühüm rol oynayıb”.

Müsahibimiz gələcək planları barədə də fikirlərini bölüşür: “İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssis olmaq istəyirəm. Bu sahə həm ölkəmizin inkişafı, həm də dünyada gedən rəqəmsal dəyişikliklər baxımından mühüm əhəmiyyət daşıyır. Gələcəkdə bu istiqamətdə qabaqcıl layihələr həyata keçirmək və Vətənimə faydalı olmaq əsas məqsədlərimdəndir”.

Röyalə, hələlik heç bir könüllü və ya ictimai fəaliyyətə qoşulmasa da, bu istiqamətdə planları olduğunu qeyd edir: “Hazırda heç bir könüllü və ictimai fəaliyyətə qoşulmamışam. Amma gələcəkdə bu sahələrdə də fəal iştirak etməyi düşünürəm”.

Uğur qazanmaq istəyən gənclərə isə Röyalənin mesajı belədir: “Uğur təsadüfi əldə olunmur. Bu, böyük çalışqanlıq, özünəinam və nizam-intizamın nəticəsidir. Hər kəs əzm və məqsədlə çalışsa, arzuladığı nəticələrə çata bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri