Icma.az
close
up
RU
Yüksək hərarət körpədə beyin zədələnməsinə səbəb olur Həkim

Yüksək hərarət körpədə beyin zədələnməsinə səbəb olur Həkim

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Körpələrin bədən temperaturunu tənzimləmə sistemi hələ tam formalaşmadığı üçün onların orqanizmi yüksək qızdırmaya çox həssas olur. Uşağın hərarəti 38–39°C-ə qalxdıqda bədən normadan artıq istilik yığmağa başlayır”.
Bunu neonatoloq, pediatr Arzu Şıxhəmzəyeva Demokrat.az-a açıqlamasında deyib. 
O qeyd edib ki, körpə bunu təkbaşına tənzimləyə bilmədiyi üçün vəziyyət sürətlə ağırlaşır:
“Bu, xüsusilə beyin üçün risk yaradır və uzun müddət davam edən yüksək qızdırma sinir sistemində ciddi zədələnmələrə səbəb ola bilər. Bu səbəbdən valideynlər yüksək qızdırmanı yüngül qəbul etməməlidir. Körpədə halsızlıq, yuxululuq, iştahasızlıq, titrətmə, tez-tez ağlama, nəfəs almada çətinlik və ya qıcolma kimi əlamətlər varsa, dərhal həkimə müraciət edilməlidir. Əgər temperatur dərman verildikdən sonra 1–2 saat ərzində düşmürsə, bu da təhlükə siqnalıdır. Xüsusilə 1 yaşdan kiçik uşaqlarda yüksək qızdırma çox ciddi yanaşma tələb edir. Bu yaş qrupunda hərarət sürətlə qalxa bilir və körpə vəziyyətini sözlə ifadə edə bilmədiyi üçün valideynin diqqəti çox vacibdir. Təcili yardım çağırmaqdan çəkinməmək lazımdır. Tez tibbi müdaxilə körpəni həm ağırlaşmalardan, həm də daha ciddi nəticələrdən qoruyur. Uşağın vəziyyətində hər hansı dəyişiklik hiss edilirsə, vaxt itirmədən mütəxəssisə müraciət etmək ən doğru addımdır”.
Leyla Turan 
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Dekabr 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri