Yüksək hərarətlə xəstəxanaya aparılan azyaşlı vəfat etdi YENİLƏNİB
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Gəncədə xəstəxanada həyatını itirən azyaşlının ölüm səbəbi açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 30 iyun saat 11:30-da 2024-cü il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Serebral iflic xəstəliyi olan azyaşlının aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, törədicisi müəyyən olunmamış pnevmoniya, ağciyər-ürək çatışmazlığı səbəbindən 01.07.2026-cı il tarixində saat 23:50-də bioloji ölüm faktı qeydə alınıb.
***
Daşkəsən rayon sakini olan azyaşlı xəstəxanada dünyasını dəyişib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, yaşyarımlıq D.Murquzova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına çatdırılıb.
Həkimlərin göstərdiyi zəruri tibbi müdaxilələrə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, uşaq tibb müəssisəsinə gətirilən zaman yüksək hərarətdən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 02 İyul 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















