Icma.az
close
up
RU
Yüksək inkişaf etmiş sivilizasiyanın İZLƏRİ TAPILDI

Yüksək inkişaf etmiş sivilizasiyanın İZLƏRİ TAPILDI

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pakistanın Pəncab əyalətinin Arxeologiya Departamenti Taksila yaxınlığında yerləşən Bhir abidəsində aparılan qazıntılar zamanı eramızdan əvvəl VI əsrə aid, yüksək təşkilatlanmış qədim sivilizasiyanın mövcudluğunu sübut edən faktlar aşkarlayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, qazıntıların məqsədi Taksilanın ən erkən şəhərinin elmi baxımdan öyrənilməsi və onun mənşəyinin aydınlaşdırılmasıdır. Tədqiqatlar zamanı erkən şəhərsalma əlamətləri — dar küçələr, yaşayış binaları, quyular, taxıl anbarları və gündəlik məişət əşyaları müəyyən edilib.

Mütəxəssislər bildiriblər ki, şəhər təbii şəkildə inkişaf edib, onun planlaşdırılması sonralar meydana çıxmış yunan modellərindən fərqlənir və erkən şəhər məkanının təşkili ilə bağlı yerli yanaşmanı əks etdirir.

Pəncab Arxeologiya Departamenti abidənin sənədləşdirilməsində GPS texnologiyaları, dronlar, 3D skanlama və rəqəmsal xəritələşdirmə kimi müasir üsullardan istifadə edir. Bu yanaşmalar tikililərin və artefaktların maksimum dəqiqliklə qeydə alınmasına və gələcək akademik tədqiqatlar üçün etibarlı məlumat bazasının formalaşdırılmasına imkan yaradır.

Abidədə aparılan işlər təkcə tapıntıların öyrənilməsinə deyil, eyni zamanda gənc arxeoloqların hazırlanmasına da yönəlib. Bundan başqa, ictimaiyyətin tarixi obyektə çıxışını asanlaşdırmaq məqsədilə Bhir təpəsində açıq səma altında muzeyin yaradılması imkanı da nəzərdən keçirilir.

Pəncab Arxeologiya Departamentinin sabiq direktoru Malik Maksud Əhməd qeyd edib ki, Bhir Taksilanın ən qədim şəhəridir və burada yaşayışın ən azı eramızdan əvvəl VI əsrdən mövcud olduğu müəyyən edilib. O, abidənin Qandhara sivilizasiyasının tarixi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb, həmçinin ərazidə Əhəmənilər dövrünə, erkən Mauriya sülaləsinə və Makedoniyalı İsgəndin gəlişindən əvvəlki mərhələyə aid qalıqların mövcud olduğunu bildirib.

Əhməd əlavə edib ki, şəhər Mərkəzi Asiya, Əfqanıstan və Hindistan yarımadasını birləşdirən qədim ticarət yolları üzərində yerləşib. Onun sözlərinə görə, elmi tədqiqatlar, sistemli sənədləşdirmə və mədəni irsin qorunması tədbirləri Pəncabın arxeoloji araşdırmalar və tarixi abidələrin mühafizəsi sahəsində regional mərkəz kimi mövqeyini daha da möhkəmləndirir.(publika.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Dekabr 2025 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri