Icma.az
close
up
RU
Yüksək Liqalarda yarımfinal oyunlarının TƏQVİMİ

Yüksək Liqalarda yarımfinal oyunlarının TƏQVİMİ

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Qadın və kişi voleybolçuların Yüksək Liqalarında yarımfinalçılar bəlli olub.

İdman.biz xəbər verir ki, qadınların mübarizəsində dövrə oyunlarından sonra turnir cədvəlində ilk 4 pillədə qərarlaşan “Abşeron”, “Milli Aviasiya Akademiyası”, “AZERRAIL” və “Gəncə” komandaları pley-offa vəsiqə qazanıblar.

5-ci yeri tutan “Murov Az Terminal” və sonuncu olan UNEC isə ölkə birinciliyində mübarizəni dayandırıblar.

Yarımfinalda çempionatın lideri “Abşeron” dördüncü yerin sahibi “Gəncə” klubu ilə görüşəcək. Digər yarımfinal matçı isə “Milli Aviasiya Akademiyası” (2-ci yer) və “AZERRAIL” (3-cü yer) kollektivləri arasında baş tutacaq.

Kişilərin mübarizəsində isə dövrə oyunlarının nəticələrinə görə, yarımfinalda turnir cədvəlinin birincisi olan “Murov Az Terminal” dördüncü yerin sahibi “Neftçi” ilə, ikinci olan “AZERRAIL” isə üçüncü yeri tutan “Xilasedici” komandası ilə qarşılaşacaq. Turnir cədvəlində 5-ci və 6-cı yerlərdə olan olan MOİK və “Gənclər” komandaları ölkə birinciliyində mübarizəni dayandırıblar.

Qeyd edək ki, qadınlar arasında yarimfinal oyunları aprelin 15-də və 17-də, kişilər arasında isə 16 və 18 aprel tarixlərində keçiriləcək. Bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl Setdə müəyyənləşəcək.

Yarımfinal oyunlarının təqvimi
Qadınlar (1-ci oyun)
15 aprel

15:00. “Abşeron” - “Gəncə”
17:00. “Milli Aviasiya Akademiyası” - “AZERRAIL”
GİN-in Voleybol Mərkəzi
Hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Kişilər (1-ci oyun)
16 aprel

15:00. “Murov Az Terminal” - “Neftçi”
17:00. “AZERRAIL” - “Xilasedici”
GİN-in Voleybol Mərkəzi
Hər iki oyun AVF-nin rəsmi Youtube kanalında canlı yayımlanacaq

Qadınlar (2-ci oyun)
17 aprel

15:00. “AZERRAIL” - “Milli Aviasiya Akademiyası”
17:00. “Gəncə” - “Abşeron”
GİN-in Voleybol Mərkəzi
Hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Kişilər (2-ci oyun)
18 aprel

15:00. “Xilasedici” - “AZERRAIL”
17:00. “Neftçi” - “Murov Az Terminal”
GİN-in Voleybol Mərkəzi
Hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Aprel 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri