Icma.az
close
up
RU
Yüksək məbləğlər səbəbindən vətəndaşlar torpaqlarını rəsmiləşdirməkdən çəkinir

Yüksək məbləğlər səbəbindən vətəndaşlar torpaqlarını rəsmiləşdirməkdən çəkinir

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Azərbaycanda bələdiyyə torpaqlarının qiymətləndirilməsi ilə bağlı son dövrlər regionlarda müəyyən problemlərin yarandığı bildirilir.
Məsələ xüsusilə torpaqların özəlləşdirilməsi və sənədləşdirilməsi mərhələsində ortaya çıxan qiymət fərqləri ilə bağlıdır. Qüvvədə olan qanuna əsasən bələdiyyə torpaqlarının qiymətləndirilməsi yalnız Dövlət İmtahan Mərkəzində imtahan verərək sertifikat almış peşəkar qiymətləndiricilər tərəfindən həyata keçirilir.
Eyni zamanda, bələdiyyələr torpaq sahələrini satışa çıxararkən və ya vətəndaşlar torpaqlarını sənədləşdirmək istədikdə, həmin torpaqlar müstəqil qiymətləndiricilər tərəfindən dəyərləndirilir və rəsmi rəy hazırlanır. Lakin bir sıra hallarda regionlarda bələdiyyələrin sifarişi ilə müəyyən edilmiş qiymətlər sonradan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmir.
Newscenter.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədrinin birinci müavini Fərid Rüstəmov bildirib ki, qanunvericiliyə əsasən sertifikatlı qiymətləndiricilərin rəyi hüquqi qüvvəyə malikdir və inzibati qaydada qiymətin dəyişdirilməsi düzgün yanaşma hesab edilə bilməz.
Onun sözlərinə görə, qiymətlərin süni şəkildə artırılması vətəndaşların torpaqlarını rəsmiləşdirməyə marağını azaldır. “Əgər vətəndaş illərlə istifadə etdiyi torpaq sahəsini sənədləşdirmək istəyirsə və bazar qiyməti 500 manat müəyyən olunursa, lakin ondan üç dəfə artıq məbləğ tələb edilirsə, bu, həm sosial narazılıq yaradır, həm də prosesin ləngiməsinə səbəb olur”, – deyə o vurğulayıb.
Ekspert hesab edir ki, bu cür yanaşma dövlət büdcəsinə daxilolmaların azalmasına da təsir göstərə bilər. Çünki yüksək məbləğlər səbəbindən vətəndaşlar torpaqlarını rəsmiləşdirməkdən çəkinir və nəticədə sənədsiz torpaq problemi daha da dərinləşir.
Fərid Rüstəmov qeyd edib ki, bu sahədə şəffaflığın və normativ aktların birmənalı tətbiqinin təmin olunması həm vətəndaşların hüquqlarının qorunmasına, həm də torpaq bazarında sabitliyin formalaşması baxımından əhəmiyyətlidir.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Fevral 2026 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri