Icma.az
close
up
RU
Yüksək təzyiqə səbəb olan amillər: Kardioloqlar 8 əsas faktoru açıqladı

Yüksək təzyiqə səbəb olan amillər: Kardioloqlar 8 əsas faktoru açıqladı

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yüksək qan təzyiqi (hipertoniya) orqanizm üçün son dərəcə təhlükəlidir. Müalicə edilmədiyi halda, bu vəziyyət damarların sklerozuna, insult, böyrək zədələnməsinə, eləcə də erkən yaşda idrak qabiliyyətinin zəifləməsinə və demensiyaya səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, kardioloqlar "Prevention" nəşri üçün hazırladıqları məqalədə gündəlik həyat tərzində və sağlamlıq vəziyyətində qan təzyiqinin yüksəlməsinə səbəb olan amilləri və onlarla necə mübarizə aparmağın yollarını izah ediblər.


1. Həddən artıq emal olunmuş qidalar yeyirsiniz

Çoxlu miqdarda natrium (duz) qəbul etmək qan təzyiqinə birbaşa təsir edir. "Duz çox olduqca qandakı natrium miqdarı artır, bu da toxumalardan suyu damarlara çəkərək qan həcmini çoxaldır”, deyə kardioloq Amnon Beniaminoviç bildirib.

Bundan əlavə, emal olunmuş qidaların çoxluğu artıq çəkiyə gətirib çıxarır və bu da təzyiqin yüksəlməsinə səbəb olur.

Həlli: daha çox tərəvəz, meyvə, tam taxıllar, paxlalılar, balıq, qoz-fındıq, toxum və zeytun yağı kimi təbii məhsullara üstünlük verin.

2. Hər gün bir stəkandan artıq spirtli içki içirsiniz

Kardioloq Lourens Fillipsin sözlərinə görə, tez-tez və xüsusilə çox miqdarda spirtli içki qəbul etmək xroniki hipertoniya yarada bilər.

Həlli: gündə yalnız bir içki ilə kifayətlənin — bu, 350 ml pivə, 140 ml şərab və ya 45 ml güclü spirtli içkiyə bərabərdir.

3. Kifayət qədər aktiv deyilsiniz

Hərəkətsiz həyat tərzi artıq çəkiyə və piylənməyə səbəb olur, bu da yüksək təzyiqin əsas səbəblərindəndir.

Həlli: müntəzəm fiziki fəaliyyətlə məşğul olun. Araşdırmalar göstərir ki, idman təzyiqi azaldan dərmanlar qədər effektiv ola bilər.

4. Daim stres altındasınız

Stress hormonları – kortizol və adrenalin – ürək döyüntüsünü və təzyiqi artırır, damarları daraldır.

Həlli: stressi idarə etməyi öyrənin. Dərin nəfəs alma, meditasiya, yoqa, kitab oxumaq və musiqiyə qulaq asmaq hormon balansını bərpa etməyə kömək edir.

5. Sosial əlaqələriniz azdır

Tək qalmaq və ya sosial təcrid hormon pozğunluqlarına və təzyiqin yüksəlməsinə səbəb ola bilər. Uzunmüddətli tənhalıq depressiya ilə əlaqələndirilir və bu da hipertoniya riskini artırır.

Həlli: sosial planlar qurun, dostlarınız və ailənizlə əlaqəni saxlayın.

6. Yuxu apneyası (və ya çox xoruldamaq)

Yuxu zamanı nəfəsin qısamüddətli dayanması oksigen səviyyəsini azaldır və orqanizmin cavab reaksiyası kimi təzyiqi yüksəldir. Təxminən hipertoniya xəstələrinin yarısında yuxu apneyası müşahidə olunur.

Həlli: yuxu pozğunluqları üzrə mütəxəssisə müraciət edin.


7. Digər xəstəliklər və ya bəzi dərmanlar qəbul edirsiniz

Qalxanabənzər vəz xəstəlikləri, Kuşinq sindromu, böyrək damar problemləri və bəzi dərmanlar (antidepresantlar, burun açıcılar, bitki tərkibli preparatlar, həb şəklində kontraseptivlər) təzyiqi artıra bilər.

Həlli: qəbul etdiyiniz dərmanlar və simptomlar barədə həkiminizlə məsləhətləşin.

8. Ailənizdə hipertoniya tarixi var

Əgər ailədə bu xəstəlik müşahidə olunubsa, genetik meyllə yanaşı, oxşar həyat tərzi də riski artırır.

Həlli: sağlam qidalanma və aktiv həyat tərzi sayəsində hipertoniya riskini 60–70 yaşadək təxirə salmaq mümkündür.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri