Yüksək vəzifəyə təyin edilən Sadiq KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azerbaijan International Telecom” (AzInTelecom) MMC-nin İdarə Heyətinə yeni üzv təyin edilib.
KONKRET.az xəbər verir ki, bu vəzifəyə Sadiq Yolçuyev gətirilib. O, 2022-ci ilin dekabr ayından 2024-cü ilin noyabr ayına qədər “AzInTelecom” MMC-də İdarə Heyətinin müşaviri vəzifəsində çalışıb.
Sadiq Yolçuyev 2021–2022-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzində Baş informasiya təhlükəsizliyi mütəxəssisi, 2013–2021-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində İnformasiya texnologiyaları şöbəsinin müdir müavini, 2004–2013-cü illərdə isə Azərbaycan Mərkəzi Bankında böyük təhlükəsizlik inzibatçısı vəzifələrində fəaliyyət göstərib.
O, Bakı Dövlət Universitetində “Tətbiqi riyaziyyat və iqtisadi kibernetika” ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət Neft Akademiyasında isə “Avtomatlaşdırılmış dizayn sistemləri” ixtisası üzrə magistr dərəcəsi alıb.
Qeyd edək ki, “AzInTelecom” MMC bulud həlləri, Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafiki, biznes həlləri, informasiya təhlükəsizliyi xidmətləri, SİMA rəqəmsal həllər platforması və mərkəzləşdirilmiş informasiya sistemləri istiqamətlərində fəaliyyət göstərir./Kredit.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 25 Fevral 2026 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















