Yüksəkgərginlikli elektrik xətlərinin altındakı torpaqların dəyərləndirilməsinə başlanılır
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda yüksəkgərginlikli elektrik ötürücü xətlərin altındakı torpaq sahələrinin dəyərləndirilməsi işlərinə başlanılır.
Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, həmin torpaq sahələrinin dəyərləndirilməsi ilə yanaşı, mütəxəssis rəyi və AZURE layihəsi üçün müəyyən hesabatların hazırlanması işləri də həyata keçiriləcək.
Məlumata görə, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı müvafiq işləri tamamlayıb.
Belə ki, ASC bu işlərin icrasını "Real Prays" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 359,9 min manat ödənilib.
"Real Prays" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Ehtibar Haxverdi oğlu Nəsirovdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 01 Avqust 2025 02:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















