Icma.az
close
up
RU
Yüksəkixtisaslı Miqrant Portalının təqdimatı keçiriləcək

Yüksəkixtisaslı Miqrant Portalının təqdimatı keçiriləcək

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci il 13 noyabr tarixində saat 10:15-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Aparatının inzibati binasında yerləşən Akt zalında “Yüksəkixtisaslı Miqrant Portalı”nın təqdimat mərasimi keçiriləcək.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Yüksəkixtisaslı Miqrant Proqramı təsis edilmişdir. Proqramın əsas məqsədi müasir tələblərə cavab verən yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında işləməsini təşviq etmək, onların bilik və bacarıqlarını ölkənin sosial-iqtisadi inkişafına istiqamətləndirmək, habelə bu sahədə çevik idarəetmə və əlaqələndirmə mexanizmini formalaşdırmaqdır.

Sözügedən Proqram iştirakçılarının müraciətlərinin qəbulunu və cavablandırılmasını “bir pəncərə” prinsipi əsasında təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən Yüksəkixtisaslı Miqrant Portalı yaradılmışdır. Portal “uğur hekayəsi üçün Azərbaycana yolunuz” ifadəsinin ingilis dilində qarşılığının (Your Path to Azerbaijan for Success Story) abreviaturasını özündə əks etdirən www.pass.gov.az ünvanı ilə təqdim olunur. Qeyd edək ki, “pass” sözü həm də miqrasiya sahəsində “keçid”, “icazə” mənasını bildirən termin kimi istifadə olunur.

Portalın Azərbaycan dili ilə yanaşı, türk, ingilis və rus dillərində fəaliyyət göstərməsi bu platformanın daha geniş auditoriyaya çıxışını təmin edir, Proqramla bağlı məlumatların müxtəlif dillərdə əlçatan olmasına şərait yaradır və yüksəkixtisaslı əcnəbilərin Azərbaycana marağının artmasına xidmət edir.

Portal istifadəçilərə Yüksəkixtisaslı Miqrant Proqramında iştirakla bağlı güzəştlər, tələblər, qiymətləndirmə meyarları və digər faydalı məlumatlar təqdim edir. Proqramda iştirak etmək istəyən əcnəbilər bu portal vasitəsilə qeydiyyatdan keçərək təhsil, iş təcrübəsi, xarici dil bilikləri və digər məlumatlarını təqdim etməklə elektron formada müraciət edə bilərlər.

Müraciətləri müsbət cavablandırılan və yüksəkixtisaslı miqrant statusu əldə edən əcnəbilərə Azərbaycan Respublikasında yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaqla bağlı bir sıra güzəştlər tətbiq olunur. Portal, həmçinin Azərbaycanda fəaliyyət göstərən sahibkarlara da yeni imkanlar yaradır – işəgötürənlər qeydiyyatdan keçərək ehtiyac duyulan sahələr üzrə əcnəbi mütəxəssislər barədə sorğu göndərə və müvafiq məlumatları əldə edə bilərlər.

Tədbirin gündəliyi:

Tədbirdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri cənab Vüsal Hüseynovun Yüksəkixtisaslı Miqrant Proqramının icrası, məqsədləri və Yüksəkixtisaslı Miqrant Portalının mahiyyəti, əhəmiyyəti barədə açılış nitqi ilə çıxış etməsi nəzərdə tutulur.

Həmçinin proqramın təmin etdiyi güzəşt və imtiyazlar, əcnəbilərin yüksəkixtisaslı miqrant hesab edilməsi meyarları, qiymətləndirmə qaydası barədə təqdimat da olacaq. Daha sonra Xidmətin məsul vəzifəli şəxsi tərəfindən Yüksəkixtisaslı Miqrant Portalı, portala müraciət forması və müraciət üçün tələb olunan sənədlər barədə geniş məlumat veriləcək. Eyni zamanda, bu məsələlərlə bağlı tədbir iştirakçılarının suallarının cavablandırılması da nəzərdə tutulur.

Təmsilçilik:

Portalın təqdimat mərasimində aidiyyəti dövlət orqanlarının, işəgötürənlərin, ölkəmizdə fəaliyyət göstərən nüfuzlu şirkətlərin, ali təhsil müəssisələrinin nümayəndələri, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin, həmçinin Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının, İctimai Şuranın və Miqrant Şurasının üzvləri iştirak edəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 13 Noyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri