Icma.az
close
up
RU
Yüksəksəviyyəli münasibətlərin yeni səhifəsi

Yüksəksəviyyəli münasibətlərin yeni səhifəsi

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan və BƏƏ əməkdaşlığın yeni gündəliyini müəyyən edib

Prezident İlham Əliyevlə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanı arasında keçirilən görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib. Münasibətlərin möhkəmlənməsində Azərbaycan və BƏƏ prezidentlərinin şəxsi dostluq əlaqələri, dövlət başçılarının qarşılıqlı səfərləri və görüşlərinin mühüm rol oynadığı vurğulanıb. Əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi baxımından Birləşmiş Ərəb Əmirliklərindən böyük nümayəndə heyətinin ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir.

Səfərlər zamanı imzalanan sənədlər və razılaşmalar əməkdaşlığın strukturunu və gələcək hədəflərini dəqiqləşdirir. Belə ki, 2024-cü ilin yanvarında BƏƏ Prezidentinin Azərbaycana ilk rəsmi səfəri zamanı “Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb, 2025-ci ilin sentyabrında isə “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” qüvvəyə minib. Bu sənədlər Azərbaycan və BƏƏ arasında ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıraraq strateji tərəfdaşlığın bütün sahələrdə möhkəmlənməsinə xidmət edir. Bəyannamə iki ölkə arasında etimadın artırılmasına, qarşılıqlı dialoqun intensivləşdirilməsinə və uzunmüddətli əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsinə imkan verir.

“Yaşıl enerji” anlaşmaları

Azərbaycan-BƏƏ ikitərəfli əlaqələri iqtisadi-ticari, enerji, həmçinin bərpaolunan enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, nəqliyyat, logistika, mədəni, humanitar və digər istiqamətlərdə son illərdə yüksək inkişaf meyilləri nümayiş etdirməkdədir.

Əbu-Dabi Əmirliyi hakiminin müavininin səfəri çərçivəsində imzalanan sənədlər əməkdaşlığın müasir gündəliyini əks etdirən mühüm anlaşma hesab edilə bilər. Həmin sənədlər arasında bərpaolunan enerji layihələri xüsusi əhəmiyyət daşıyır. Belə ki, “Abu Dhabi Future Energy Company” - “Masdar” və “AGEC” arasında əməkdaşlıq Sazişi” “yaşıl enerji” sahəsində əməkdaşlığın davamı deməkdir. “Masdar” şirkəti xeyli müddətdir ki, ölkəmizin enerji sektoruna sərmayələrdə liderlik edən investor kimi diqqəti cəlb edir. Şirkət 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasına 262 milyon dollarlıq sərmayə yatırıb və stansiya ötən il istifadəyə verilib. Hazırda isə Energetika Nazirliyi, SOCAR və “Masdar” arasında imzalanmış “Neftçala 315 mvt Günəş fotovoltaik layihəsi üzrə maliyyə bağlanışının baş tutmasının təsdiqi” sazişinə əsasən, təmiz enerjiyə keçid üçün güclü infrastrukturun əsası qoyulur. Layihənin icrası ildə 314 min ton CO2 emissiyasını azaldacağı, Azərbaycanın aşağı karbonlu iqtisadiyyata keçidinə və istilik generasiyasından asılılığın azaldılmasına töhfə verəcək. Layihə, həmçinin, Azərbaycanın enerji sisteminə 315 MVt günəş enerjisi əlavə edəcək ki, bu da təbii qazla işləyən elektrik stansiyalarını əvəz etməyə imkan verəcək.

“Masdar”la SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Eləcə də “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə “Terra Mining Ltd” arasında “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş” Muxtar Respublikanın turizm potelsialına ərəb sərmayələrinin cəlb edilməsi baxımından əhəmiyyətlidir.

“Masdar” şirkəti Azərbaycanlı şirkətlərlə birgə Xəzər dənizində 3,5 qiqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində işləyir. İnvestisiya planına əsasən, Azərbaycanın bərpaolunan enerji sahəsinə 2 milyard dollardan artıq sərmayə yatırılacaq. Bu iri layihələr nəhəng investisiya portfelinin göstəricisi kimi BƏƏ şirkətlərinin Azərbaycana olan yüksək münasibətini əks etdirir.

Orta dəhliz və süni intellekt quruculuğunda yeni imkanlar

Tərəflər digər investisiyayönümlü layihələr üzərində fəal iş aparır və səfər çərçivəsində ölkəmizə gəlmiş nümayəndə heyətlərinin tərkibində nüfuzlu səhmdarların yer alması da bunu təsdiqləyir.  Müasir strateji baxış isə əsas etibarilə qeyri-neft bölmələrinə fokuslanıb və hazırda ticari dövriyyədə nəzərə çarpan dinamikanın da əsas hərəkətverici xətti qeyri-neft üzrə əmtəə mübadilələridir. Mövcud potensialları bir platformada birləşdirən tərəflər müştərək iqtisadi hədəfləri həyata keçirmək üçün daha geniştutumlu Yol Xəritəsi hazırlayıb. Bu baxımdan, “Azərbaycan İnvestisiya Holdinqi ilə “L’IMAD HOLDING COMPANY PJSC” arasında strateji əməkdaşlıq Sazişi” kommunikasiya və sənaye sektorlarında birgə işbirliyini nəzərdə tutur. Eləcə də, İqtisadiyyat Nazirliyi və “XRG SGC LIMITED” arasında “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı Səhmdarlar Müqaviləsi” nəqliyyat bağlantılarıının əlaqələndirilməsini nəzərdə turur. İqtisadiyyat Nazirliyi və “GROUP 42 Holding Ltd” arasında “Azərbaycan Respublikasında Data Mərkəzinin, Yüksək Performanslı Hesablama və Süni İntellekt İnfrastrukturunun inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” süni intellekt sahəsində əməkdaşlığın qurulmasına imkan verəcək.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Sentyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri