Icma.az
close
up
RU
Yüksələn xətt üzrə inkişaf edən əlaqələr ŞƏRH

Yüksələn xətt üzrə inkişaf edən əlaqələr ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir.Bu nüfuzun qazanılması Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Bu gün Azərbaycan apardığı siyasət nəticəsində regionda liderliyini qoruyub saxlayır.Bu gün Azərbaycan artıq dünyada çox böyük nüfuza malik dövlətdir. Ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayı günbəgün artır. Əlbəttə ki, bütün bunların kökündə uğurlu xarici siyasət dayanır.Prezident İlham Əliyev hər zaman milli maraqlara söykənən müstəqil addımlar atır. Xarici dövlətlərlə əməkdaşlığa yüksək səviyyədə önəm verilir. İndi Azərbaycan yeni bir dövrə qədəm qoyub. Bu dövrdə isə Azərbaycanla daha çox dünya ölkələrinin əməkdaşlıq etmək istəməsi göz önündədir.

Bu gün Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır. Azərbaycan və Serbiya əlaqələri diplomatik münasibətlər baxımından 1997-ci ildən başlayıb. Xüsusilə iki dövlət arasında 2011-2012-ci illərdə daha intensiv əlaqələr formalaşıb, münasibətlər həm iqtisadi, həm diplomatik, həm də digər sahələrdə artan dinamika üzrə inkişaf edib.

İki ölkə arasında münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsindədir. Bu dövr ərzində ölkələrimiz arasında 57 sənəd, bir çox sahələr üzrə ikitərəfli və çoxtərəfli müqavilələr imzalanıb. Azərbaycan-Serbiya əlaqələrinin strateji mahiyyəti həm də Prezident İlham Əliyev ilə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç arasında qurulan səmimi münasibətlərlə müəyyən edilir. Uğurlu əməkdaşlıq modeli kimi göstərilə bilən həmin münasibətlərdə liderlərin siyasi iradəsi, qarşılıqlı etimadı və davamlı təmasları mühüm rol oynayır. Dövlət başçıları arasındakı səmimi dostluq münasibətləri əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən strateji layihələrin həyata keçirilməsində əlverişli zəmin yaradaraq əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldib.

Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri Azərbaycan–Serbiya arasındakı əlaqələrin inkişafına mühüm təkan olacaq. Bu səfər iki ölkə arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəm əsaslara söykəndiyini bir daha nümayiş etdirir. Uzun illər ərzində qarşılıqlı etimada əsaslanan əlaqələr bu gün daha sistemli və məqsədyönlü xarakter alır. Tərəflərin bir-birini yaxından tanıması, müntəzəm təmasların qorunması və siyasi dialoqun davamlılığı münasibətlərin sabitliyini təmin edən əsas amillərdir.

Prezidentlərin görüşü zamanı səsləndirilən mesajlar göstərir ki, Azərbaycan-Serbiya tərəfdaşlığı klassik ikitərəfli münasibətlər modelindən çıxaraq regional enerji təhlükəsizliyi, investisiya əməkdaşlığı və geoiqtisadi inteqrasiya platformasına çevrilir.

Bakı və Belqrad artıq münasibətləri yalnız ənənəvi ticarət və diplomatik əlaqələr çərçivəsində deyil, daha geniş, strateji və uzunmüddətli əməkdaşlıq modeli əsasında inkişaf etdirmək niyyətindədir.Enerji sahəsində əməkdaşlıq Azərbaycan–Serbiya münasibətlərinin əsas strateji dayaqlarından biri kimi çıxış edir. Azərbaycanın zəngin enerji təcrübəsi və ixrac potensialı Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynaya bilər. Bu kontekstdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu nəzərə alındıqda, Serbiya ilə əməkdaşlıq Cənub Qaz Dəhlizi xəttinin strateji əhəmiyyətini daha da genişləndirə bilər.

Azərbaycanın son illərdə rəqəmsal hökumət, “ağıllı şəhər” və yaşıl enerji sahələrində qazandığı təcrübə Serbiya üçün də maraqlı və praktik model ola bilər. Azərbaycan-Serbiya tərəfdaşlığı regional əməkdaşlıq formatlarına da yeni dinamika gətirir. Balkan ölkələri ilə Cənubi Qafqaz arasında iqtisadi və enerji bağlantılarının güclənməsi Avropanın şərq və cənub-şərq istiqamətlərində alternativ enerji və logistika marşrutlarının formalaşmasına şərait yaradar ki, bu da mövcud qlobal geosiyasi şəraitdə xüsusi aktuallıq kəsb edir.

Bu səfər Azərbaycan–Serbiya münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini və strateji tərəfdaşlığın daha da dərinləşməsi üçün möhkəm zəmin formalaşdırdığını göstərir. Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, iki ölkə arasındakı münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində daha da inkişaf edəcək və müxtəlif sahələrdə yeniliklərə imza atılacaqdır.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Fevral 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri