“Yüksəliş” iştirakçıları ilə bağlı statistika açıqlandı: Ən çoxu...
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Yüksəliş” müsabiqəsində iştirak edən namizədlərlə bağlı statistik göstəricilər ictimaiyyətə təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün final mərhələsinin açılış mərasimində məlumat verilib.
Belə ki, müsabiqədə iştirak edənlərin bakalavriat səviyyəsində qəbul olduqları ballara əsasən bölgü aşağıdakı kimidir:
* 301–400 bal: 4 nəfər (3%)
* 401–500 bal: 14 nəfər (12%)
* 501–600 bal: 36 nəfər (30%)
* 601–700 bal: 65 nəfər (55%)
İştirakçıların hazırda malik olduqları təhsil pillələrinə əsasən bölgü belədir:
* Bakalavriat: 124 nəfər
* Magistratura: 102 nəfər
* Doktorantura/Aspirantura: 11 nəfər
Magistr təhsili almış iştirakçıların təhsil aldıqları ölkələr üzrə bölgü də diqqət çəkir:
* Azərbaycan daxilində: 48,39%
* Xaricdə: 28,43%
* Həm Azərbaycanda, həm də xaricdə: 12,75%
Mina Mikayılova


