Icma.az
close
up
RU
“Yüksəliş” müsabiqəsinə maraq artır

“Yüksəliş” müsabiqəsinə maraq artır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

VI “Yüksəliş” müsabiqəsinə 6 mart tarixində başlayan qeydiyyat yüksək dinamika ilə davam edir.

XQ xəbər verir ki, müsabiqəyə qoşulan iştirakçıların sayı artıq 10 mini ötüb. Ümumilikdə isə ötən 5 mövsüm üzrə 69 mindən çox müraciətin qeydə alınması "Yüksəliş” müsabiqəsinin Azərbaycanda insan kapitalının inkişafı üzrə mühüm platformaya çevrildiyini göstərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis olunan və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsi ölkədə insan kapitalının inkişafına yönəlmiş mühüm təşəbbüslərdən biridir. Müasir dövrdə cəmiyyətlərin inkişafı yalnız iqtisadi resurslarla deyil, bu resursları effektiv şəkildə idarə edə bilən insan kapitalının keyfiyyəti ilə müəyyən olunur.

Bu baxımdan “Yüksəliş” müsabiqəsi Azərbaycanda idarəçilik potensialının üzə çıxarılması, inkişaf etdirilməsi və yeni nəsil peşəkar kadr ehtiyatının formalaşdırılması istiqamətində sistemli yanaşmanı təcəssüm etdirir.

“Yüksəliş” idarəetmə potensialının üzə çıxarılmasına və inkişafına xidmət edən müsabiqə olmaqla yanaşı, həm də meritokratiya, şəffaflıq və bərabər imkanlar prinsipləri əsasında formalaşan, müxtəlif sahələrdən olan insanları ortaq inkişaf mühitində birləşdirən platformadır.

Müsabiqə iştirakçılara yalnız bilik və bacarıqlarını yoxlamaq imkanı vermir, eyni zamanda, onların strateji düşünmə, qərarvermə və liderlik potensialını üzə çıxarır.

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev qeyd edir:

“Yüksəliş” müsabiqəsi ölkədə güclü insan kapitalının və peşəkar idarəetmə elitasının formalaşdırılması istiqamətində həyata keçirilən strateji yanaşmanın mühüm tərkib hissəsidir. Məqsədimiz yalnız qalibləri müəyyənləşdirmək deyil, dövlət prioritetlərini effektiv şəkildə reallaşdıra bilən və ölkənin uzunmüddətli inkişafına töhfə verən kadrların formalaşması üçün dayanıqlı inkişaf mühiti yaratmaqdır”.

Beş mövsüm ərzində əldə olunan nəticələr bu yanaşmanın effektivliyini aydın şəkildə göstərir. Bu dövr ərzində müsabiqəyə ümumilikdə 69 963 nəfər müraciət edib, onlardan 39 536 nəfərin şəxsi kabineti yaradılıb.

Namizədlərdən 1 254 nəfər yarımfinal mərhələsinə, 488 nəfər final mərhələsinə yüksəlib, 116 nəfər isə qalib adını qazanıb.

Statistik göstəricilər iştirakçı profilinin geniş və inklüziv olduğunu da ortaya qoyur. Qeydiyyatdan keçənlərin 30,45 faizini qadınlar, 69,55 faizini isə kişilər təşkil edir. Qaliblərin isə 55,63 faizi dövlət sektorunu, 34,51 faizi özəl sektoru, 6,34 faizi beynəlxalq qurumları, 3,52 faizi isə qeyri-hökumət təşkilatlarını təmsil edir. Bu göstəricilər “Yüksəliş”in müxtəlif sahələrdə çalışan, fərqli təcrübəyə malik, lakin ortaq olaraq idarəçilik potensialı daşıyan şəxsləri bir araya gətirdiyini təsdiqləyir.

Cari mövsüm üzrə qeydiyyat mərhələsi də yüksək fəallıqla davam edir. Hazırda 10 mindən çox iştirakçı qeydiyyatdan keçib. Onlardan 7 mindən çoxu kişi, 2 mindən çoxu isə qadındır.

Eyni zamanda, müsabiqəyə yenidən qatılan iştirakçıların sayı ilə ilk dəfə müraciət edənlərin sayı arasında yaxınlıq müşahidə olunur. Əvvəlki mövsümlərdə iştirak etmiş şəxslərin sayı 5 mindən çox, yeni iştirakçıların sayı isə 4 mindən çoxdur. Bu dinamika müsabiqəyə olan marağın davamlı xarakter daşıdığını və müsabiqənin ildən-ilə daha geniş auditoriyanı əhatə etdiyini göstərir.

“Yüksəliş” müsabiqəsinin əsas fərqləndirici xüsusiyyətlərindən biri onun qiymətləndirmə yanaşmasıdır. Müsabiqə çərçivəsində yalnız nəzəri biliklər deyil, eyni zamanda, analitik düşüncə, qərarvermə, məsuliyyət götürmə, komanda idarəetməsi və liderlik bacarıqları da qiymətləndirilir.

Bu isə onu klassik imtahan modelindən fərqləndirərək daha kompleks və müasir inkişaf platformasına çevirir.

Müsabiqə qalibləri üçün təqdim olunan imkanlar da bu ekosistemin davamlılığını təmin edir. Qaliblər Mentorluq Proqramı, fərdi inkişaf planları və real layihələrdə iştirak imkanları əldə edərək peşəkar inkişaflarını davam etdirirlər.

Qaliblərdən 80 nəfərdən çoxu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi

(AZCON), SOCAR, PAŞA Holding, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ), “AzerGold” QSC, “bp” və “Kapital Bank” ASC kimi ölkənin qabaqcıl dövlət və özəl qurumlarında müxtəlif təyinatlar alaraq məsul vəzifələrdə fəaliyyət göstərirlər.

Qeyd edək ki, VI “Yüksəliş” müsabiqəsi üzrə qeydiyyat 16 aprel tarixinədək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçərək öz idarəetmə potensialını sınamaq, bilik və bacarıqlarını nümayiş etdirmək və yeni inkişaf imkanları əldə etmək şansı qazana bilərlər.

Müsabiqədə iştirak etmək üçün namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, qeydiyyatın son gününə qədər 21–51 yaş aralığında olmalı, ali təhsilə və minimum 2 illik idarəetmə təcrübəsinə malik olmalıdırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Mart 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri