Icma.az
close
up
RU
Yumurtalığın kistası ilə bağlı 13 SUAL

Yumurtalığın kistası ilə bağlı 13 SUAL

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Kista qişası olan və içi maye ilə dolu çevrəvari törəmədir. Yumurtalığın kistası bir və ya çoxlu (bir yumurtalıqda bir neçə kista) sayda, habelə bir kameralı və çoxkameralı olur.

Birkameralı kista daxildən arakəsmələri olmayan adi kisədir. Çoxkameralı kistada daxildən çoxlu sayda arakəsmələr olur. Hesab olunur ki, birkameralı kista çoxkameralı kistadan daha təhlükəsizdir.

1. Yumurtalıqların kistası kimdə yarana bilir?

Yumurtalıqların kistası gənc qızlarda və reproduktiv yaşlı qadınlarda (yəni klimaksın hələ başlamadığı qadınlarda) aşkar olunur. Bundan başqa, menstruasiyası hələ başlamayan bəzi qızlarda (adətən bu, anadangəlmə kistalardır) və menopauzanın ilk 5 illiyində bəzi qadınlarda da yumurtalığın kistasının yaranma riski olur.

2. Yumurtalığın kistası zamanı hansı əlamətlər olur?

Yumurtalığında kista olan qadınların əksəriyyəti bunu bilməyə də bilir, çünki balaca kistalar heç bir simptom yaratmır. Kista böyükdükcə, qadın aşağıdakı simptomları hiss edə bilər:

- qarnın aşağı hissəsində küt ağrılar. Bu ağrılar fiziki iş zamanı, habelə seks zamanı yaranır və ya güclənir

- kiçik çanaqda ağırlıq və təzyiq hissi

- sidik ifrazı zamanı ağrılar və tezləşdirilmiş sidik boşaltma

-yanlış defekasiya çağırışları

Kistanın ağırlaşmaları (burulma, partlama) zamanı qarında güclü b ağrılar yarana, bədənin hərarəti yüksələ, qusma, ürəkbulanma ola bilir. Bu cür simptomlar meydana gəldikdə, mümkün qədər tez bir zamanda ginekoloqa müraciət etmək və ya təcili yardım çağırmaq lazımdır.

3. Yumurtalığın follikulyar kistası nədir?

Hər ay qız və qadınların yumurtalıqlarında içərisində yumurta hüceyrəsi olan follikul yetişir. Bu follikul tədricən böyüyür və diametri 2 sm çatdıqda partlayır və bu zaman yumurta hüceyrəsi qarın boşluğuna düşür. Bu, proses ovulyasiya adlanır. Lakin bəzən yetişmiş follikul partlamır və böyüməkdə davam edir. Bu cür “ölçülərini” aşmış follikul yumurtalığın follikulyar kistasıdır.

4.  Yumurtalığın follikulyar kistasını necə müalicə etməli?

Əksər hallarda yumurtalığın follikulyar və ya funksional kistasının müalicəsinə ehtiyac olmur. 1-2 aydan sonra o, öz-özünə keçib gedir. Lakin 3 ay ərzində follikulyar kista yox olmadıqda və ya onun ölçüləri 5-7 sm-i aşdıqda, bu kistanı müalicə etmək lazım gəlir.

Yumurtalığın kistasının 2 əsas müalicə metodu var: hormonal həblərin köməyi ilə və əməliyyat yolu ilə. Hormonal həblər (hamiləlik əleyhinə həblər, OK) kistanın ölçülərini azaltmaq və yeni kistaların yaranmasının qarşısını almaq imkan verir.

Hamiləlik əleyhinə həblərlə müalicə effekt vermədikdə, qadına əməliyyat təklif oluna bilər. Kistanın ölçüləri 10 sm-dən çox olduqda və o, böyüməyə davam etdikdə, qarnınızda güclü ağrılar olduqda, habelə kista iltihabına, burulmasına, digər ağırlaşmalara şübhə yarandıqda, Sizə yenə cərrah yardımı lazım olacaqdır.

5. Sarı cismin kistası nədir?

Ovulyasiyadan sonra (follikul partladıqdan və yumurta hüceyrəsi çıxdıqdan sonra) yumurtalıqda hamiləlik hormonu olan proqesteron hormonunu hasil edən toxuma sahəsi əmələ gəlir. Bu sahə sarı cisim adlanır. Hamiləlik baş verməzsə, sarı cisim normada sorulur. Lakin bəzi hallarda sarı cisim yox olmur, maye və ya qanla dolur və sari cismin kistasını əmələ gətirir.

6. Sari cismin kistasını necə müalicə etməli?

Sari cismin kistasının müalicəsinə ehtiyac yoxdur və adətən 1-2 ay ərzində öz-özünə sorulub gedir. Sorulma prosesini sürətləndirmək üçün ginekoloqSizə hamiləlikəleyhinə tabletləri qəbul etməyi məsləhət görə bilər. Bu tabletlər kistanın ölçülərinin azalmasına səbəb olur. Nadir hallarda sari cismin kistasının ölçüləri böyük ola (diametri 5-7 sm-dən çox), partlaya və ya öz oxu ətrafında burula bilir. Bu halda qadının qarnının aşağı hissəsində güclü ağrılar yaranır, bu ağrılar fiziki hərəkətlər və ya seks zamanı güclənir. Sari cismin kistasının ağırlaşmalarında təcili əməliyyat edilir.

7. Hamiləlikdə sarı cismin kistası təhlükəlidirmi?

Yox, təhlükəli deyil. Hamiləliyin erkən vaxtlarında sarı cismin kistasına tez-tez rast gəlinir. O, nəinki uşağın inkişafına mane olmur, hətta proqesteron (hamiləlik hormponu) ifraz etməklə hamiləliyi saxlamağa köməklik də edir. Proqesterona ehtiyac olmadıqda, kista öz-özünə sorulur. Adətən bu, hamiləliyin 12 həftəsindən (bəzən 18-19 həftəsində) sonra baş verir. Nadir hallarda kista partlaya və ya burula bilir. Bu halda hamilə qadın qarnında güclü ağrı hiss edəcəkdir. Bu, baş verərsə, təcili cərrahi əməliyyat tələb oluna bilər.

8. Yumurtalığın dermoid kistası nədir?

Yumurtalığın dermoid kistası yumurtalıqda xoşxassəli törəmədir. Bu, hələ qız dünyaya gələrkən olur, cinsiyetişmə dövründə ölçüləri böyüyə bilir. Qəribə də olsa, bu kistada bəzən tamamilə gözlənilməz toxumalar – tük, dişlər, hətta sümük toxuması aşkar edilir. Bu, onunla izah olunur ki, bu kista yaranarkən (hələ bətndaxili inkişaf zamanı) onun tərkibində orqanizmin istənilən toxumasına təkan verən kök  hüceyrələri mövcud idi.

9. Yumurtalığın dermoid kistasını necə müalicə etməli?

Yumurtalığın dermoid kistasının yeganə müalicə metodu əməliyyatdır. Tabletlərlə bu kistanı müalicə etmək mümkün deyil.

10. Yumurtalığın endometrioid kistası (endometrioma) nədir?

Endometrioma endometrioz xəstəliyi olan qadınlarda olur. Endometrioz - qadın xəstəliyidir. Bu zaman uşaqlığın daxili qişası (endometrium) başqa orqanlarda böyüməyə başlayır. Endometrium yumurtalıqda böyüməyə başlamışdırsa, onda yumurtalığın endometrioid kistası yarana bilir. Yumurtalığın endometrioid kistası tünd-palıdı rəngli maye ilə dolu olduğundan, onu bəzən yumurtalığın "şokolad kista" da adlandırırlar.

11. Endometrioma necə müalicə etməli?

Endometrioma (şokolad kista) yalnız cərrahi yolla müalicə olunur.

12. Yumurtalıqların bədxassəli kistası (karsinoma) nədir?

Yumurtalıqların bədxassəli kistasına (karsinomaya) kifayət qədər nadir hallarda rast gəlinir. Yumurtalıqların xərçəngi riski qohumları yumurtalıqların xərçəngi və ya döş xərçəngi xəstəliyindən əziyyət çəkmiş qadınlarda və heç doğmayan qadınlarda daha yüksək olur. Yumurtalıqların bədxassəli kistasının simptomlarına qarnın alt hissəsində ağrılar, zəiflik,bədən çəkisinin azalması, baş ağrıları aiddir.

13. Yumurtalığın karsinomasını necə müalicə etməli?

Yumurtalığın karsinoması yalnız əməliyyatın köməyi ilə müalicə olunur. Şiş götürüldükdən sonra xərçəng hüceyrələrini məhv edən dərmanlar (kimya terapiyası) və yumurtalıqların şüalandırılması (radioterapiya) təyin edilə bilər.

Mənbə: Ginekoloq.az

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri