Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Yumurtalıqlarda ağrıların səbəbi

Yumurtalıqlarda ağrıların səbəbi

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Bir çox qadınlar yumurtalıqlar nahiyəsində olan ağrılarla üzləşir. Belə ağrıların səbəbləri müxtəlif ola bilər:

1. Səbəblərdən biri yumurtalığın iltihabıdır (adneksit). İltihabın səbəbi müxtəlif infeksiyalardır (mikoplazma, ureaplazma, xlamidiya, kandida və s.). Adneksit mütləq müalicə olunmalıdır. Əks halda kəskin proses xroniki formaya keçir. Bu isə sonsuzluğa gətirib çıxarda bilər.

Adneksitin əsas simptomu qarının aşağı hissəsində və yumurtalıqlar nahiyəsində ağrıların olmasıdır. Ağrılar bel nahiyəsinə də yayıla bilər.

2. Yumurtalıqların artımlarının iltihabı (ooforit) da bu nahiyədə ağrılara səbəb ola bilər. Ağrılar tutmaşəkilli ola bilər, bəzən isə ağrılar daimi xarakter daşıyır. Gərginliklər, soyuqlama, immunitetin pozulmaları zamanı ağrılar kəskinləşir.

3. Bəzən ağrılar qadında kistanın əlaməti kimi meydana çıxa bilər. Kista kiçik olduqda ağrılar olmaya bilər. Lakin kista böyüdükcə ətrafdakı sinirləri və yaxında yerləşən orqanları sıxa bilər ki, bunun nəticəsində ağrılar əmələ gələ bilər.

4. Yumurtalıqda olan kistanın burulması nəticəsində burada normal qan dövranı  pozulur, iltihab və nekroz (toxumaların məhv olması) inkişaf edir ki, bunun nəticəsində qadında güclü ağrılar əmələ gəlir. Belə patologiyanın nəticəsində qadında çox güclü və təhlükəli iltihab - peritonit (qarın boşluğunun iç qatının iltihabı) inkişaf edə bilər. Peritonit ölümə səbəb ola bilər.

Peritonit yalnız cərrahiyyə yolu ilə müalicə olunur.

5. Yumurtalığın burulması da güclü ağrılara səbəb ola bilər. Bu pozulma güclü fiziki gərginliklərin nəticəsində inkişaf edə bilər. Belə pozulma tez-tez uşaqlarda inkişaf edir. Bundan əlavə risk qrupuna ovulyasiyanı stimullaşdıran preparatları qəbul edən qadınlar, hamilə qadınlar, yumurtalıqların patoloji böyüməsi olan qadınlar da daxildir.

Yumurtalığın burulmasının simptomları: yumurtalıqlar nahiyəsində kəskin ağrılar, ürəkbulanması, qusma, zədələnmiş yumurtalığın ölçülərinin böyüməsi. Təcili cərrahiyyə müdaxilə olunduqda, yumurtalığı adətən xilas etmək mümkün olur. Lakin tibbi kömək vaxtında göstərilməzsə, yumurtalıq məhv ola bilər. Bu halda yumurtalıq xaric olunmalıdır.

6. Ovulyasiya zamanı böyümüş follikul yumurtalığın qişasını yırtaraq yumurtalıqdan çıxır. Lakin bəzən ovulyasiya zamanı yumurtalıq partlaya bilər. Buna tibbdə "yumurtalığın apopleksiyası" deyilir. Bu zaman qan qarın boşluğuna tökülür və bunun nəticəsində qadında peritonit inkişaf edir. Bu pozulmanın yeganə müalicə üsulu təcili cərrahiyyə əməliyyatıdır. Partlamış yumurtalıq tıkılır, qarın boşluğu qandan təmizlənir və xüsusi dezinfeksiya məhlullarla işlənilir.

Yumurtalığın partlaması bir çox hallarda cinsi əlaqədən və ya trenajorlarda çox fəal şəkildə məşğul olduqdan qadında sonra inkişaf edir. Lakin bəzən bu pozulma "səbəbsiz olaraq" da inkişaf edə bilər.

Yumurtalığın partlanmasının əsas simptomları qəflətən əmələ gələn güclü ağrılar (ağrılan zədələnmiş yumurtalığın tərəfində olur), halsızlıq, başgicəllənməsi, bəzən bayılma, qusma, təzyiqin aşağı düşməsi, nəbzin tezləşməsi, bəzən qanlı ifrazatların olması və s.

7. Bəzi qadın sonsuzluğu formalarında hormonal müalicə təyin olunur. Bu müalicənin fonunda (xüsusilə müalicə uzunmüddətli olduqda) qadında yumurtalıqların hiperstimulyasiya sindromu inkişaf edə bilər. Bu pozulmanın simptomları arasında - yumurtalıqların böyüməsi, çoxsaylı kistaların əmələ gəlməsi, yumurtalıqlarda ağrılar. Bundan əlavə qadında çəkinin artması, qarının köpməsi, təngnəfəslik, qarın boşluğunda mayenin yığılması (assit), sidik ifrazın azalması və s. kimi simptomlar inkişaf edə

8. Yumurtalıqlarda ağrıların səbəbi şişlər də ola bilər.

9. Əgər bütün lazım olan müayinə və analizlərdən sonra yumurtalıqlarda ağrıların səbəbi dəqiq təyin olunmazsa, bu halda qadın psixoterapevtin müayinəsinə göndərilir. Məsələ burasındadır ki, kiçik çanaqda ağrılar isteriya, depressiya kimi əsəb pozulmaları olan qadınlarda müşahidə olunur.

Mənbə: dr20.ru

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:378
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri