Icma.az
close
up
RU
Yumurtanı belə bişirməyin Bütün zülalları buxarlandırır

Yumurtanı belə bişirməyin Bütün zülalları buxarlandırır

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səhər enerjisinin əsas mənbələrindən və ən güclü “nümunəvi zülal” qaynaqlarından biri olan yumurta həkimlərin də tez-tez tövsiyə etdiyi qidalardandır. Lakin bu dəyərli qidadan nə qədər zülal alındığı bişirmə üsulundan asılıdır. Son elmi araşdırmalar göstərir ki, yüksək temperaturda bişirmə üsulları yumurtadakı zülalın strukturunu poza və amin turşularını zədələyə bilər.
Demokrat.az
xəbər verir ki, qidalanma mütəxəssislərinin araşdırmalarına görə, yumurtada zülalın həzm olunması üçün istilik vacibdir, lakin temperatur səviyyəsi həlledici rol oynayır.
Çiy istehlakla bağlı yanlış təsəvvür
Çiy yumurtada zülalın yalnız təxminən 51 faizi həzm oluna bilir, düzgün bişirilmiş yumurtada isə bu göstərici 91 faizə qədər yüksəlir.
Yüksək temperaturun təhlükəsi
Həddindən artıq istilik zamanı “zülal denaturasiyası” baş verir. Bu zaman zülalın təbii strukturu daimi şəkildə pozulur və amin turşuları zədələnərək orqanizm üçün faydasız hala gələ bilər.
Yumurta sarısındakı boz halqa nəyi göstərir?
Yumurta həddindən artıq qaynadıldıqda sarının ətrafında yaranan yaşıl-boz halqa yalnız vizual dəyişiklik deyil. Elmi analizlər bu vəziyyətdə əsas amin turşularından biri olan l-lizin miqdarında azalma olduğunu göstərir. Bu halqa yumurtanın qida keyfiyyətinin düşdüyünün göstəricisi hesab olunur.
Ən böyük səhv: Çox qızmış yağda qızartma
Yumurtanın qida dəyərini azaldan əsas səhvlərdən biri tavanın həddindən artıq qızdırılması və yumurtanın kənarları qəhvəyi rəng alana qədər bişirilməsidir. Bu zaman zülal strukturu sərtləşir və “rezinvari” tekstura yaranır ki, bu da qida dəyərinin azalması ilə əlaqələndirilir.
Zülalı qoruyan düzgün üsullar
Mütəxəssislərin tövsiyə etdiyi əsas bişirmə üsulları bunlardır:
Yumşaq qaynadılma (4–7 dəqiqə): su qaynadıqdan sonra bu müddət yumurta ağının bərkiməsinə, sarının isə yumşaq qalmasına imkan verir və qida dəyərini yüksək saxlayır.
Qaynar su üsulu: yumurtanın qabıqsız şəkildə qaynar suya salınaraq bişirilməsi zülalın daha təbii formada qalmasına kömək edir.
Aşağı temperaturda omlet: yumurtanı zəif odda, qurumadan və kremvari tekstura saxlanılaraq bişirmək tövsiyə olunur.
Yumurtanın qida dəyərini maksimum qorumaq üçün bişirmə temperaturuna və müddətinə diqqət yetirmək əsas şərt kimi göstərilir.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 May 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri