Yun Sok Yola əlavə həbs cəzası verildi
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Cənubi Koreyada məhkəmə ölkənin keçmiş prezidenti Yun Sok Yolu seçki qaydalarını pozduğuna görə təqsirkar sayıb. Sabiq dövlət başçısı hökmün icrası üç il müddətinə təxirə salınmaqla əlavə 18 aylıq həbs cəzası alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər yayıb.
İstintaq materiallarına əsasən, Yun Sok Yol 2022-ci ildəki prezident seçkisi kampaniyasında saxta məlumatlar təqdim edib. Apellyasiya instansiyası qərarı dəyişməz saxlayarsa, Xalq Gücü Partiyası keçmiş dövlət başçısından seçkidə qələbəsindən sonra Milli Seçki Komissiyası tərəfindən kampaniya xərcləri üçün ödənilmiş 39.7 milyard von (27.1 milyon dollar) məbləğində vəsaiti geri tələb edə bilər.
Qeyd edək ki, siyasətçi 2025-ci ildəki qiyamın təşkilatçısı qismində hazırda ömürlük həbs cəzasını çəkməkdədir. Yun Sok Yola qarşı ümumilikdə azı səkkiz cinayət işi başlanıb. İyul ayının ortalarında o, seçkinin maliyyələşməsi qaydalarını pozması səbəbindən əlavə ikiillik həbsə məhkum olunmuşdu. Sabiq prezidentin həyat yoldaşı Kim Kon Hi də rüşvətxorluq və korrupsiya ittihamları ilə bir neçə iş üzrə cəzalandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 27 İyul 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















