Icma.az
close
up
RU
Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyuldu

Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyuldu

Cənubi Koreya Prezidenti Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyulub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, buna səbəb onun ölkədə hərbi vəziyyət tətbiq etmək cəhdi olub.

Bildirilib ki, əsas müxalifət Demokratik Partiya prezidentin hərbi vəziyyət tətbiq etməsini “qeyri-konstitusion, qanunsuz qiyam və çevriliş” adlandırıb. Siyasi qüvvələr prezident və keçmiş müdafiə naziri də daxil olmaqla azı 9 nəfər barəsində polisə şikayət edib.

Dövlət başçısı vəzifədə olduğu müddətdə barəsində məhkəmə istintaqı aparılmaması hüququna malik olsa da, bu, qiyam və ya dövlətə xəyanət ittihamlarına şamil edilmir.

Xatırladaq ki, Koreya Respublikasının Prezidenti müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb.

seeBaxış sayı:20
embedMənbə:https://globalinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri