Yunan klubu “Araz Naxçıvan”la oyunun hakimliyinə görə UEFA ya şikayət edir
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yunanıstanın "Aris" klubu UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"la cavab oyunundakı (2:2, ilk oyun – 1:2) hakim idarəçiliyi ilə bağlı UEFA-ya rəsmi şikayət ünvanlamağa qərar verib.
QOL.az xəbər verir ki, bu barədə gazzetta.gr saytı məlumat yayıb.
Saloniki təmsilçisi UEFA-nın Hakimlər Departamentinin rəhbəri Roberto Rozettiyə videogörüntülər və rəsmi məktub göndərəcək. "Aris" baş hakim Devid Dikinsonun idarəçiliyinə ciddi narazılıq bildirərək üç epizodu xüsusi olaraq önə çəkir:
"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Patrik Andrade-nin 6-cı dəqiqədə Uroş Raçiçin topuğuna basmasına görə qırmızı vərəqə ilə cəzalandırılmaması;
16-cı dəqiqədə Fabianoya qarşı cərimə meydançasında baş verən epizodda "Aris"in xeyrinə penalti təyin olunmaması;
Şotlandiyalı hakimin Azərbaycan klubunun xeyrinə penalti qərarı verməsi.
Bildirilir ki, "Aris" Dikinsona qarşı cəza verilməsini tələb edəcək.
Qeyd edək ki, qarşılaşmanın 52-ci dəqiqəsində "Araz-Naxçıvan"ın müdafiəçisi İqor Ribeyro birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 01 Avqust 2025 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















