Icma.az
close
up
RU
Yunanıstan çempionatının oyununu türkiyəli hakim idarə edəcək!

Yunanıstan çempionatının oyununu türkiyəli hakim idarə edəcək!

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Yunanıstan çempionatında çempionluq qrupunun 4-cü turu çərçivəsində AEK ''Olimpiakos''u qəbul edəcək. Qarşılaşma aprelin 27-də keçiriləcək.

''Football-plus.az'' xəbər verir ki, Yunanıstan Futbol Federasiyası bu önəmli matça türkiyəli hakim dəvət etmək qərarına gəlib.
Belə ki, Yunanıstan mətbuatının məlumatına görə oyunu Xəlil Umut Meler idarə edəcək. Bununla da Yunanıstan futbolunda bir ilk yaşanacaq. Düzdü, bu ölkədə əcnəbi hakimlərin xidmətindən tez-tez istifadə olunur. Amma Yunanıstan çempionatına indiyə qədər heç vaxt türkiyəli hakim təyinat almamışdı! Melerin köməkçiləri İbrahim Çağlar Uyarcan ilə Abdulla Bora Özkara olacaq. 4-cü hakim funksiyasını yunanıstanlı Tasos Papapetru icra edəcəksə, VAR hakimi də türkiyəli Onur Özütoprak olacaq.
Qeyd edək ki, ''Olimpiakos'' artıq çempionluğu rəsmiləşdirib. Oyun daha çox AEK üçün prinsipial əhəmiyyət kəsb edəcək. 3-cü pillədə qərarlaşan bu kollektiv 2-ci pillədəki ''Panatinaikos''dan 3 xal geridədi. 2-ci pillə ÇL-ə vəsiqə verir.
Xəlil Umut Meler hazırda Türkiyənin ən yaxşı hakimi sayılsa da, onun uğurlu mövsüm keçirdiyini söyləmək çətindi. Təcrübəli ədalət təmsilçisi xüsusilə Türkiyədən kənarda idarə etdiyi qarşılaşmalarda ümidləri doğrultmayıb. Dekabrda o, Səudiyyə Ərəbistanına dəvət alaraq ''Əl-Şabab'' - ''Əl-Hilal'' oyununu idarə etmişdi. Amma Meler matçı o qədər bərbad idarə etmişdi ki, Səudiyyə Ərəbistanı Hakimlər Komitəsinin sədri Manuel Navarro bu hakimin bir daha bu ölkəyə dəvət olunmayacağını bildirmişdi.
Fevralda ÇL-in pley-offu çərçivəsində keçirilən ''Brügge'' - ''Atalanta'' oyununda onun son saniyələrdə italyanların qapısına təyin etdiyi şübhəli penalti böyük müzakirələrə səbəb olmuşdu. Martın sonlarında isə türkiyəli hakim Millətlər Liqasının pley-offunda İrlandiya - Bolqarıstan matçının gedişində zədə alaraq digər hakimlə əvəzlənmişdi. Elə Türkiyə çempionatının özündə də həmişə olduğu kimi bu mövsüm də hakimlikdən ciddi narazılıqlar var.
Ümumiyyətlə, qardaş ölkədə hazırda hakimlik ideal səviyyədə deyil. Təsadüfi deyil ki, yayda 32 klubun iştirakı ilə keçiriləcək Klublararası Dünya Çempionatına heç bir türkiyəli hakim dəvət almayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Aprel 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri